Yuxarı

Bu gün hansı müğənnilər konsert verir - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün yaralı yerimiz Qarabağdan, cəbhə bölgəsindən acı xəbər aldıq. 11 əsgərimiz vətənimizin bütövlüyü uğrunda şəhid oldu. Çox təəssüf ki, əsas vəzifəsi cəmiyyəti bilgiləndirmək, olan televiziya kanallarımız əyləndirmək prinsiplərini əsas tutaraq, efirlərində konsert, əyləncəli verilişlər verməkdə davam etdilər.

Bəs hər küncündə-bucağında restoran, şadlıq evi olan paytaxtımızda, restoranlarımız necə, şəhidlərimizin ruhuna hörmətlə yanaşacaqlarmı? Restoran sahibləri öz vətəndaşlıq borclarını yerinə yetirəcəklərmi? Maraqlandıq və yenə də məyus olduq.

Paytaxtın bir neçə məşhur restoranlarına zəng edib maraqlandıq, amma heç də şəhid vermiş bir ölkənin gündəminə uyğun abu-hava hiss etmədik, hər şey öz axarı ilə davam edir. Restoranlar bu gün axşam paytaxt sakinlərini və şəhərimizin qonaqlarını öz şou proqramlarına dəvət etməkdə davam edirlər.

"Simsar.az"ın məlumatına görə, axşam şou proqram təşkil edəcək restoranlarımız bunlardır, bəlkə getmək istəyən olar:

Niaqara restoranı

Ay İşığı restoranı

Çanaqqala restoranı

Neolit restoranı

Uzağa getməyək, elə qonşu Türkiyədə bütün siyasi, sosial məsələrin önündə müğənnilər, şou-biznes nümayəndələri gedirlər, vətəndaşlıq borclarını layiqincə yerinə yetirirlər. Türkiyədə şəhid xəbəri çıxan kimi, bütün müğənnilər konsert proqramlarını təxirə salır, sosial şəbəkələrdə Türkiyənin böyüklüyünü nümayiş etdirən yazılarla çıxış edirlər. Bəs bu gün bizim sənətçi dediklərimiz nə edirlər?! Axı, bu gün 9 şəhid vermişik, 9 vətən övladı itirmişik. Bizim şou əhlimiz isə pul qazanmağından geri qalmır.

Bu axşam şou proqramlarında çıxış edəcək adlarını öyrənə bildiyimiz şou- biznes nümayəndələri:

Sevil-Sevinc bacıları

Samira

Xatun

Niyam

İzzət

Dostlar qrupu

Qeyd edək ki, ölkənin heç bir şadlıq sarayında toylar təxirə salınmayıb.

Unutmayaq ki, necə insan olmaq yalnız şəxsin özünü, necə vətəndaş olmaq isə, bütün cəmiyyəti, milləti, dövləti maraqlaqlandıran məsələdir.

Tarix
2014.08.01 / 15:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla