Yuxarı

11 şəhid xəbərinə ağlayan Azərbaycan aparıcısı kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"11 əsgərimizin şəhid düşməsilə bağlı xəbərləri oxuyanda canlı efirdə ağladım".

Bu sözləri Axar.az-a açıqlamasında Azad Azərbaycan Televiziyasının aparıcısı Mətanət Əliverdiyeva deyib.

O, belə bir hadisəyə biganə qala bilmədiyini söyləyib:

"Canlı efirdə xəbərləri oxuyanda ağlamaq tutdu məni. Mən necə efirə çıxıb şadyanalıq edə bilərəm? Özüm iki uşaq anasıyam. Oğul anasıyam. Mənim oğlum da cəbhə bölgəsində əsgərliyini çəkib. Səhər 8-dən bilirəm ki, belə bir hadisə baş verib. Mən başqa heç bir şey demirəm. Hər bir şey insanın özündən asılıdır. Mən özüm də çox pis vəziyyətdəyəm. Xəbər buraxılışına da belə çıxıram. Halsız..."

O bu xəbərdən məlumatsız olan həmkarlarının savadsız olduğunu deyib:

"Bilirsiniz, mən yenə də deyirəm ki, səhər tezdən artıq bu hadisənin baş verdiyi məlum idi. Saytlarımızın əksəriyyəti şəhid verməyimizlə bağlı xəbər yaymışdı. İnsan nə qədər bisavad ola bilər ki, bundan xəbəri olmasın. Mən şəxsən o aparıcıları savadsız aparıcı adlandırıram. Hətta mənə desəydilər ki, çıx, verilişi apar, çıxıb üzr istəyəcəkdim. Mən efir xətrinə efirə çıxmıram. Mənə lazım deyil elə efir. Saat 13:00 xəbərini bilmədim necə apardım. Şəhidləri oxuyan kimi gözümdən yaş gəldi, efiri hıçqıra-hıçqıra apardım. Ona görə dinləyicilərdən də üzr istədim".

Qeyd edək ki, bu gün M.Əliverdiyevanın aparıcısı olduğu "Gündəlik" verilişi efirə getməyib.

Tarix
2014.08.01 / 15:33
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla