Yuxarı

Ceyhun Musaoğlu Bilik Fondunun mətbuat katibi təyin edildi

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu artıq fəaliyyətə başlayıb.

Axar.az xəbər verir ki, tanınmış jurnalist Ceyhun Musaoğlu Fondun mətbuat katibi seçilib. Fonddan verilən məlumatda həmçinin bildirilir ki, qurumun idarəçilik strukturu tam müəyyənləşib, icraçı direktor tərəfindən əməkdaşları təyin edilib.

Xatırladaq ki, Bilik Fondu İlham Əliyevin 2014-cü il mayın 7-də imzaladığı fərmanla yaradılıb. Fondun nizamnaməsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının sədri və Oqtay Səmədov prezidentin digər sərəncamı ilə Fondun icraçı direktoru təyin edilib.

Prezident Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Abdullayev Kamal Mehdi oğlu, Ələkbərov Urxan Kazım oğlu, Əmiraslanov Əhliman Tapdıq oğlu, Həsənli Sabir Hüseyn oğlu, Nemətov Azərpaşa Zəfər oğlu, Qafarova Sahibə Əli qızı, Qurbanlı Mübariz Qəhrəman oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin ediliblər.

Tarix
2014.08.01 / 14:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla