Yuxarı

“İctimai rəy məcbur edir ki, TV-lər başqa cür davransın”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İctimai qınaq, ictimai rəy məcbur edir ki, televiziyalar başqa cür davransın".

Bu sözləri Axar.az-a media eksperti Zeynal Məmmədli 11 şəhid verdiyimiz halda televiziyalarda konsert proqramlarının verilməsi məsələsini şərh edərkən söyləyib.

O, televiziyaların konsert proqramlarını dayandırmağın yerinə xəbər verməyə can atmalarının vacib olduğunu bildirib:

"Bu tipli məlumatlarda heç nə dəqiqləşməyibsə, televiziyanın yayım cədvəlində dəyişiklik eləməsi sadə məsələ deyil. Televiziyalardan ummaq lazım deyil ki, onlar niyə konsert verir. Əsas istənilməli şey onların bacardıqları qədər xəbər verməyə can atmaları olmalıdır. Önəmli olan budur. Televiziyalarda başqa proqramların getməyinin məsələyə nə dəxli var. Ortalıqda real itki yoxdur. Əsgərlərin həlak olmaları ilə bağlı bir neçə xəbər var. Durub bu dəqiqə bütün televiziyalardan əyləncəli verilişlərini dayandırmasını tələb edə bilmərik. Məsələn, Türkiyəni götürək. Onların, demək olar ki, şəhid vermədikləri gün yoxdur. Bunun üçün onlar xəbərlərdə məlumat verirlər, müxtəlif proqramlarda məsələni diqqətdə saxlayırlar. Əgər televiziyalar hiss eləsələr ki, onların bu cür davranmağı onların gəlirini azaldır, o zaman onlar heç vaxt konsert proqramını verməyəcəklər. Ona görə də ictimai qınaq, ictimai rəy məcbur edir ki, televiziyalar başqa cür davransın. Amma başqa cür davranmasa, əhali də bunu normal qarşılayırsa, bu halda buna nə şərh vermək olar?!"

Tarix
2014.08.01 / 13:53
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla