Yuxarı

“Bu hücumda İrəvan kəşfiyyat materialları ilə təmin edilib”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moskva əvvəllər müəyyən şirnikləndirmələrlə Azərbaycanı Gömrük İttifaqına cəlb etmək istəyirdisə, indi görünür, ritorikanı dəyişib".

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Azərbaycanın 11 əsgərinin cəbhənin təmas xəttində şəhid düşməsi ilə bağlı informasiyanı şərh edərkən söyləyib.

O, Rusiyanın Azərbaycana enerji məsələləri ilə əlaqədar təzyiq etdiyini bildirib:

"Görünür, Rusiyanın iştahası artıb. Bölgə ilə bağlı Qərb ölkələrinin taktiki strateji maraqları dəyişib. Rusiya Qafqazda yanğın ocağı yaratmağa çalışır və bunu Gürcüstanla Azərbaycanın üzərində qurmaq istəyir. Məqsədləri Qərb üçün əhəmiyyətli olan Bakı-Tiflis-Ceyhan, Bakı-Ərzuruma, eləcə də Nabukko layihəsinin reallaşmasına imkan verəcək TAP və TANAP layihələrinin gerçəkləşməsinə maneçilik törədib özlərinin "Cənub axını" proyektini önə çıxartmaqdan ibarətdir. Bu məqsədlə də onlar Azərbaycana təzyiqlərini artırır. Bunun üçün Rusiya hətta Ermənistan tərəfə müəyyən kəşfiyyat materialları da ötürür. Bununla yanaşı, onlar erməniləri müəyyən təlimatçılar və kəşfiyyatçılarla təchiz edirlər. Moskva, beləliklə, Bakını müharibəyə sürükləməyə çalışır. İstər Əlibəyli hücumu, istərsə də digər istiqamətlərdəki fəaliyyətlərin hər biri Rusiyanın ermənilərə təqdim etdiyi kəşfiyyat materialları əsasında baş tutub. Rusiya, görünür, Azərbaycanın Qərbə istiqamətlənən siyasətinə qısqanclıqla yanaşır. Bir müddət öncə İlham Əliyevin özü də çıxışında dedi ki, bizim üçün əsas prioritet Qərbdir. Rusiya bununla əhali içərisində bir qorxu və vahimə yaratmaq istəyir. Bu, baş tutan bir şey deyil. Azərbaycan öz hərbi potensialını işə salsa, buradan istənilən qüvvəni qova biləcək".

Tarix
2014.08.01 / 13:42
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla