Yuxarı

İtaliya Rövşən Lənkəranskini axtarışa verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya azərbaycanlı kriminal avtoritet barəsində yenidən beynəlxalq axtarış elan edib.

Bu barədə İnterpolun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Məlumatda qeyd edilir ki, Azərbaycanın Lənkəran rayonundan olan, 39 yaşlı Rövşən Canıyev (Lənkəranski) mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir.

R. Canıyevin həbsi barədə İtaliya məhkəməsi xüsusi qərar çıxarıb və onun saxlanılması üçün İnterpola müraciət edilib.

Xatırladaq ki, İtaliya 2013-cü ildə də R. Canıyevin barəsində beynəlxalq axtarış elan etmişdi. Lakin bir müddət sonra R. Canıyevin İtaliya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilməsi barədə məlumatlar İnterpolun saytından götürülüb.

Qeyd edək ki, Rövşən Canıyev "oğru dünyası"nda böyük nüfuz sahibidir və "Rövşən Lənkəranski" kimi tanınır. O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini elə məhkəmə zalındaca güllələyib. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R. Canıyev cinayət məsuliyyətindən azad edilib.

Rövşən Lənkəranski 2009-cu ilin dekabrında Ukraynada həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya edilib. Dövlət ittihamçısı R. Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.

Məlumatlara görə, Rövşən Lənkəranski hazırda Dubayda yaşayır.

APA

Tarix
2014.08.01 / 11:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla