Yuxarı

"Azərbaycan xalqından üzr istəyirəm, bizi bağışlayın"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi" ilə heç-heçə edən "Cixura"nın baş məşqçisi Samson Priudze oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Gürcü mütəxəssis oyunun gərgin olduğunu bildirib.

Priudze "Neftçi"nin güclü komanda olduğunu etiraf edib: "Bir çox titulları var. Yaxşı bir məşqçiyə və keyfiyyətli futbolçulara sahibdirlər. Bu oyunda uğur bizim tərəfimizdə idi. Şanslarımız olsa da, bəxtimiz də gətirdi. Cavab oyununa daha da ciddi hazırlaşacağıq. "Bursaspor" da hücuma meylli komanda idi və onlara qarşı da müdafiə futbolu oynadıq. "Neftçi" də hücum futbolu oynayır. Ona görə də, müdafiədə daha etibarlı olmağa məcburuq. Açıq futbol oynamağa çalışdıq. Alınmadı. Gürcüstanda da yaxşı oynayacağıq".

Gürcüstanlı mütəxəssis "Neftçi"nın keçmiş vitse-prezidenti Tahir Süleymanovun "Çixura"nı kənd komandası adlandırmasına da toxunub: "Biz bu gün göstərdik ki, zəif komanda deyilik. Bunu oyunumuzla sübut edəcəyik. Gürcüstandan gələn azarkeşlərə təşəkkür edirəm. "Neftçi"nin azarkeşlərinə isə heyran oldum".

Priudze növbəti mərhələyə çaxmaq şansları barədə də danışıb: "Neftçi" güclü komandadır. Şansları 50-50-yə dəyərləndirirəm. Biz "Neftçi"dən zəif olsaq da, lazım olan nəticəni qazanmaq istəyirik".

Baş məşqçi "Çixura"nı dəstəkləmək üçün Bakıya gələn gürcü azarkeşlərin Azərbaycanın ərazi bütövlüyünə təhqir etməsinə də münasibət bildirib. Qeyd edək ki, gürcülər Azərbaycanın iki rayonunu Gürcüstan ərazisi kimi göstərən xəritə açıblar. Priudze buna görə Azərbaycan xalqından üzr istəyib: "Üzr istəyirəm. Biz bu hərəkəti pisləyirik. Bizə qarşı burda qonaqpərvərlik göstərən azərbaycanlılar yaxşı qonşumuzdur. Üzrümüzü qəbul edin".

Jurnalistlərdən birinin Gürcüstanda türk jurnalistlərə qarşı edilən hərəkət barədə sualı maraq doğurub. Jurnalist azərbaycanlılarla türklərin eyni millət olduğunu xatırladıb və Priudzedən Bakıda bu hərəkətin cavabını alacaqlarından qorxub-qorxmadıqları barədə soruşub. Gürcü məşqçi isə yenə də sualdan yayınmağa çalışıb: "Biz sizinlə yaxşı qonşuyuq. Sizin jurnalistləri Gürcüstanda gözləyirik. Mən Azərbaycanı sevirəm".

Apasport.az

Tarix
2014.07.31 / 23:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla