Yuxarı

Sanksiyalar Azərbaycanı da vuracaq – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz o zaman da bildirdik ki, vəsaitlərin Rusiya rublu ilə saxlanması, Rusiya şirkətlərinə yatırılması risklidir".

Bunu Axar.az-a xarici və yerli mediada Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ARDNF-yə təsir etməsi ilə bağlı yayılan məlumatları şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, iqtisadçı alim Vüqar Bayramov bildirdi:

"Təbii ki, bu sanksiyalar ARDNF-yə təsirsiz ötüşməyəcək. Çünki əmanətlərin saxlanılması əlavə əmanət portfeli müəyyən edildiyi zaman digər valyutalarla yanaşı Rusiya rublu da siyahıya salınmışdı. Həmçinin sözügedən bankın səhmlərinin bir hissəsinin də alınması ilə bağlı qərar qəbul edilmişdi. Təbii ki, Dövlət Neft Fondu bununla istədi ki, riskləri azaltsın. Amma biz o zaman da bildirdik ki, vəsaitlərin Rusiya rublu ilə saxlanması, Rusiya şirkətlərinə yatırılması risklidir. Çünki Rusiya gələcəkdə proqnozlaşdırıla bilən ölkə deyil. Təbii ki, Rusiya o vaxt da proqnozlaşdırıla bilən ölkə deyildi. Məhz buna görə də bu ölkəyə neft vəsaitlərinin yatırılması risklidir. İndiki halda sanksiyalar ARDNF-yə təsir edəcək. Həm də ona görə ki, Azərbaycan Moskvada da daşınmaz əmlaka investisiya yatırır. Hesablamalar göstərir ki, sanksiyalar Rusiyada daşınmaz əmlakın qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq. Amma ümumilikdə ciddi təsirlər proqnozlaşdırmırıq. Çünki aktivlərin yalnız 5 faizi digər valyutalarda qorunurdu və bu baxımdan Rusiya rublunun çəkisi çox azdır. Amma hesab edirəm ki, bu sanksiyalar ARDNF üçün siqnal olmalıdır. Dövlət Neft Fondu bundan sonra Rusiya kimi qeyri-stabil, Qərblə problemləri olan ölkələrə yatırım etməkdən çəkinməlidir".

Xatırladaq ki, məşhur "Faynenşl Tayms" (Financial Times) jurnalı Rusiyaya tətbiq edilən sanksiyaların "Vneştorqbank"a (VTB) və "Sberbank"a daha çox təsir edəcəyini və VTB bankın əsas səhmdarlarından biri kimi Dövlət Neft Fondunun da bu sanksiyalardan ziyan görəcəyini yazıb. ARDNF və digər iki xarici fond ötən il VTB-nin 3,3 milyard dollarlıq səhm paketini alıblar və hər biri 3-3,75 faizlik paya malikdir (DNF VTB-nin səhmlərinə yarım milyard dollar yatırıb - red.) Rusiya hökuməti bankın səhmlərinin 60 faizinə nəzarət edir.

Tarix
2014.07.31 / 15:20
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla