Yuxarı

Bakıda fəvvarələrlə bağlı SOS: Toxunmayın - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt Bakıda parklarda və istirahət yerlərində olan fəvvarələrin suyuna kimyəvi tərkibi insan orqanizmi üçün zərərli olan dərmanlar qatılır.

Bu informasiyanı Axar.az-ın əməkdaşına parkda çalışan fəhlələr də təsdiqlədi. Onların sözlərinə görə, bəzən fəvvarələrin suyu həftələlə dəyişdirilmir. Bu zaman su iylənməsin deyə, ona xüsusi dərmanlar vurulur.

Müşahidə apardığımız zaman, fəvvarələrin suyu ilə əl-üzünü yuyub sərinlənənlərə, su ilə oynayan uşaqlara, hətta körpəsinin əmziyini fəvvarənin suyunda yaxalayan analara da rast gəldik. Parkda çalışan fəhlələr deyir ki, dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, insanlar yenə də fəvvarənin suyundan istifadə edirlər.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal gigiyena bölməsinin müdiri Leyla Tağızadə, insanları fəvvarələrin suyundan uzaq durmağa çağırıb:

"Xüsusən də uşaqları fəvvarələrin suyundan uzaq saxlamaq lazımdır. Suda olan mikroblar dəri xəstəliklərinə və mədə-bağırsaqda qurd xəstəliklərinə yol aça bilər".

Bütün bunlara baxmayaraq, heç bir parkda fəvvarələrin kənarında bu suyun dərmanlı olması ilə bağlı xəbərdarlıq nişanlarına rast gəlmədik.

Bakının küləkli şəhər olması fəvvarələrin suyunun daha tez çirklənməsinə və tullantılarla dolmasına səbəb olur. Bundan əlavə, suların vaxtaşırı dəyişdirilməməsi və zəhərli tərkibi olan dərmanların vurulması fəvvarələrin suyunun insan səhhəti üçün nə qədər zərərli olduğunu aşkara çıxarır.

Tarix
2014.07.28 / 15:12
Müəllif
Nərgiz Liftiyeva
Şərhlər
Digər xəbərlər

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla