Yuxarı

Başıma atılan kitab

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmişlə yaşamaq gələcəklə vidalaşmaqdır. Əgər Sabirin "Oxutmuram əl çəkin" üsyanı, "Evləri köndələn yar"da rəhmətlik Səyavuşun (Bazarkom) "Kitab oxu, Hellas" ironiyası qüvvədədirsə, deməli, "Bir addım irəli, iki addım geri" kəlamı tərs sillə kimi həqiqətdir.

Məsələn, bu mənzərəyə baxın - necə üzücü mənzərədir: şəhərin mərkəzində kitab satan gəncləri qovurlar - "ə, dağılışın burdan, bizim millətə kitab lazım deyil". Bu, təkcə polisin kitaba münasibəti olsaydı, dərd yarı...

Yadıma gəlir, bir dəfə 9 mərtəbəli binanın altından keçəndə Səməd Vurğunun kitabını başıma atdılar. O, başıma düşən ilk kitabıydı. Kim bilir neçə belə kitablar başlara düşüb, sonra zibil qutusuna atılıb. Əmin olun ki, binadan kitabı atan uşaq olmayıb. Onu tərbiyə edən valideynin kitaba verdiyi qiymətdir. Böyüklərinin kitabı zibil kimi pəncərədən bayıra atmasını görən uşaq, heç vaxt o "zibili" oxumaz. Buna nə həvəsi olar, nə cəhd edər.

Elə keçən il gözümüzün qabağında yazıçının bütün külliyyatını yandırdılar, tonqal qurdular, inkvizisiyanı bərpa etdilər. Üstəlik bu işi görənlər arasında ali təhsilli müəllimlər vardı idi. Belə müəllimlərin dərs dediyi auditoriyalardan çıxmış şagirdləri bir təsəvvür edin. Onlara kitabı necə sevdirəsən?

Müəllifi nə qınayıram, nə haqq qazandırıram. Ancaq oxumağı öyrədən bir müəllimin kitab yandırması…

***

Bu gün Bakının heç bir mebel mağazasında kitab rəfi tapmaq olmur. Ayaqqabı qoyan, palto asan, kosmetika elementləri yığan stol sıraya düzlənib, rəf isə qəhətə çıxıb. İndi bütün evlərdə qalaq-qalaq yığılmış kitabların yeri ən yaxşı halda divanın altıdır.

Evdə ailədən, məktəbdə müəllimindən tərbiyə alan uşaq hər şeyi öyrənsə də, kitabı sevməyi, onun əhəmiyyətini dərk etməyi öyrənmir. Əlac qalır insanın özü-özünü tərbiyə etməsinə. Bunu da çox az adam bacardığı üçün kitab oxuyanların sıraları seyrəlir.

Hər evdə necə ki, Quranı ən yuxarı yerdə qoyurlar, eləcə də dünyəvi ədəbiyyat əl çatan nöqtədə yerləşməlidir. Axı əhəmiyyətsiz kitab olmur! Hətta ən çox tənqid edilən kitab da müqəddəsdir. Elə bilirdik ki, yalnız Nitsşenin yaşadığı dövrdə kitablarını "peraşki"yə bükmək üçün istifadə edirlər. İndi kitablar tum qabına çevrilir. Demə, sivilizasiya buymuş...

Tarix
2014.07.26 / 10:25
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Virusa yoluxan arvadını balkondan atdı - Video

Bakıda saxta “İvanovka” məhsullarını kim satır?

Dilqəm Əsgərovun oğlu atasından narahatdır

Abdullalar “ölümə” tərk edilib? – TƏBİB-dən cavab

İkinci meyit də 2015-də itkin düşən neftçinindir - Təsdiq

Bu çirkin kampaniyanın başında o dayanır

Proqnozu doğrulmadı, astroloq isə israr etdi...

Peyvəndə ümidlənməyin: zəncəfil, sarımsaq isə... – Video

Əhali rayonlara buraxılsın, Bakıda sıxlıq azalsın – Həkim

Bu türk ölkəsi də sərt karantin tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla