Yuxarı

38 milyon insanı öldürən preparat Azərbaycanda açıq satışda

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Narkomaniyaya daha çox varlı təbəqələrin uşaqları cəlb olunur".

Bu sözləri Axar.az-a Azərbaycanda xüsusən də gənclər arasında bu xəstəliyin geniş yayılmasına münasibət bildirərkən psixoloq-psixoterapevt Dəyanət Rzayev dedi. Onun sözlərinə görə, Azərbaycanda gənclər arasında bu hal geniş yayılıb. Belə şəxslər təkcə ətrafdakılar yox, öz yaxın çevrələri və ailə üzvləri üçün də çox təhlükəli olurlar:

"Narkomaniya xroniki, sağalmayan, regitiv (təkrar baş vermə) olunan bir xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı buna ciddi riayət edir. Bu xəstəlikdə şəxsiyyətin prodatsiyası getmir, ancaq insanın motivasiyası dəyişir. Çox təəssüflər olsun ki, bu xəstəliyin ən pis tərəfi narkoman olmuş şəxsin başqalarını da yoluxdurma marağı və burda güdülən hansısa məqsədlərdir. Bu gün cəmiyyətimizdə insanların narkomaniyaya cəlb olunmasında kateqoriya baxımından kəskin bir fərq müşahidə olunur. Yəni bu işdə ən çox zərər görən varlı təbəqələrin uşaqlarıdır. Əlbəttə ki, burada maddi maraqlarla yanaşı, başqa səbəblər də yer alır".

Psixoloq bildirdi ki, narkomaniyada iki formada asılılıq var: psixi və fiziki. Fiziki asılılığın müalicəsi olsa da, digərinin çarəsi yoxdur. Narkomaniya xəstəliyinə yoluxmuş şəxslərin cəmiyyət üçün ən təhlükəli tərəfi onların yoluxdurma marağıdır. Bu yolda isə onlar müxtəlif üsullardan: aldatma, zor tətbiq etmədən istifadə edərək məqsədlərinə nail olmağa çalışırlar.

D.Rzayev son zamanlar gənclər arasında özəlliklə psixo-narkomaniyanın geniş yayıldığını qeyd etdi:

"Tibdə "Morfi", "Tramadol" kimi preparatlar narkotik tərkibli ağrıkəsicilərdir ki, müxtəlif xroniki xəstəliklərdə istifadə olunur. Ancaq "Tramadol" preparatından istifadə edən narkomaniya aludəçilərində bu sonradan insan orqanizmində birbaşa sümük toxumaları və hüceyrələrə təsir etdiyindən müəyyən bir müddətdən sonra asılılıq yaradaraq insanda bütün orqanların sıradan çıxmasına səbəb olur. 1960-cı ildən 2004-cü ilə qədər "Tramadol"un yaratdığı asılılıq nəticəsində 38 milyon insan ölüb. Çox təəssüflər olsun ki, bu gün nəinki xarici ölkələrdə, Azərbaycanda da bu dərmanın reseptsiz satışına şərait yaradan apteklər var. Bu preparatdan yalnız sağalmayan və ağır durumda olan xəstəliklər üçün istifadəyə icazə verilir. Əks təqdirdə qeyri-qanunu psixo-preparatların dövriyyəsi ilə məşğul olmaq cinayətdir".

Psixoloqun sözlərinə görə, istifadəçilər bu xəstəliyə tutulduqdan sonra ən çoxu üç və ya dörd il arasında ölürlər:

"Çox acınacaqlı bir haldır ki, heç şəxsiyyət ifadəsinə layiq olmayan bu xəstələr çıxdıqları bu yolun sonunun olmadığını, yeganə çıxış yolunun ölüm olduğunu bilə-bilə başqalarını da bu bataqlığa sürükləyirlər. Burada varlı ailələrinin uşaqları sadəcə olaraq maddi mənbə qurbanına çevrilirlər".

Psixoloq-psixoterapevt Dəyanət Rzayev sonda onu da qeyd etdi ki, narkomaniyaya yoluxmuş xəstələr müalicəyə üz tuturlarsa, bunun altında sağalmaq yox, başqa səbəblər gizlənir. Uzun müddət narkotik aludəçisi olmuş şəxslərin əsas məqsədi müalicə alaraq qanlarını təmizlətdikdən sonra yenidən buna başlayaraq əvvəlki həzlərini bərpa etməkdir. Buna görə də bu problem çox ciddi və təhlükəli olduğundan xüsusən də gənclərimiz bu tələyə düşməmək üçün hər an ehtiyatlı olmalı, öz çevrələrini daim gözdən keçirməlidirlər.

Tarix
2014.07.23 / 15:41
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla