Yuxarı

Azərbaycanın eks-naziri ölkəsinə qayıtdı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Firidun Cəlilov Türkiyədə müalicəsini bitirib Bakıya qayıdıb.

Axar.az xəbər verir ki, bu barədə eks-nazirin özü Feysbuk səhifəsində məlumat paylaşıb.

O, əməliyyatdan sonra bərpa olunmaq üçün Xızıya aparılacağını bildirib:

"Dostlar, artıq Bakıya qayıtdım, evdəyəm, nəvələrim üçün çox darıxmışdım. Ankarada Bayındır hospitalı həkimləri (əllərinə sağlıq) 5-6 saatlıq ağır əməliyat ilə mənə ikinci həyat verdilər. Bərpa olunmaq üçün sabah məni Xızıya aparacaqlar, yəqin 10-15 gün orada olacam, inşallah qayıdandan sonra sizlərlə xəbərləşərik. Bu təşəkkür ismarışı ilə dostlara çatdırmaq istəyirəm ki, sağlamlığımla bağlı minlərlə insanın, dostun-tanışın şəfa diləyi, duası mənə mənəvi dayaq oldu, uca Tanrı hamınıza yar olsun. Xəstəliyim haqqında məlumatın ictimailəşməsini istəməsəm də, qarşısını yalnız bir müddət ala bildim, məndən xəbərsiz dostlar (özəlliklə, Tənzilə xanım), bir neçə millət vəkili, bir çox gənc dövlət başçısına müraciət etdi, bunu sosial şəbəkələrdə yaydı, jurnalistlər saytlarda-qəzetlərdə yazdılar... Dostlar, sizin müraciətlərə ilgi göstərən və bundan öncəki əməliyyata da qayğı ilə yanaşan dövlət başçısı cənab İlham Əliyevə, bu dəfəki əməliyatı gecikdirmədən nəzarətə götürüb məni Gömrükçü hospitalında müayinə etdirib, Türkiyəyə göndərən cənab Kəmaləddin Heydərova sizlərin və ailəm adından təşəkkür edirəm".

Tarix
2014.07.20 / 19:48
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla