Yuxarı

General Beydullayev gələn həftə həbs olunacaq – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Böyük ehtimalla gələn həftə general-mayor Məmməd Beydullayevin həbs məsələsi gündəmə gələcək".

Bu sözləri "Axar.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O, gələn həftə keçmiş Baş İnspeksiya rəisi general-mayor Məmməd Beydullayevin həbs məsələsinin gündəmə gələ biləcəyini söyləyib:

"Artıq bir neçə vəzifəli şəxsə istintaqa gəlməklə bağlı sorğu göndərilib. Ya bu, ya da gələn həftə respublika hərbi prokurorluğunda dindiriləcəklər. Böyük ehtimalla gələn həftə general-mayor Məmməd Beydullayevin həbs məsələsi gündəmə gələcək. Düzdür, Beydullayev indi öz yaxasını kənara çəkib. Mən istintaq getdiyinə görə, bəzi məqamları açıqlaya bilmərəm".

Ekspert Hərbi Dəniz Qüvvələrində baş verən hadisələrlə bağlı Müdafiə Nazirliyinin məlumatlı olduğunu bildirib:

"O zaman məxfi sənədlərlə bağlı yoxlama aparılıb. Bəzi çatışmazlıqlar olub. Maraqlıdır ki, yoxlamadan sonra onu aparan zabit nazirə məruzə edib. Bu günlərdə həbs olunan HDQ-in Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev vəzifədən azad olunub. Amma üzərindən bir gün keçəndən sonra Səfər Əbiyevin əmrini ləğv ediblər və həmin yoxlamada ortaya çıxan nöqsanları müəyyən edən şəxs Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə xidmətə göndərilib. Çox maraqlıdır ki, Hərbi Dəniz Qüvvələrində baş verən hadisələrlə bağlı Müdafiə Nazirliyinin xəbəri olub. Amma hansısa adamlar öz maraqları çərçivəsində müəyyən qanunsuzluqlara yol veriblər. Orada Beydullayevlə yanaşı digər adamlarında adı var. İndi istintaq gedir və onların adını çəksəm hər şey ola bilər".

Uzeyir Cəfərov gələn həftə Səfər Əbiyevində istintaqa çağırılma ehtimalının olduğunu qeyd edib:

"İstənilən halda böyük ehtimalla Səfər Əbiyevin istintaqa çağırılması gözlənilir. Şahin Sultanov bəzi məsələlərin onunla bağlı olmasını öz üzərindən atıb. Çünki bayaq dediyim məsələdə Səfər Əbiyev 1-ci dərəcəli kapitanın əmrini verib, ona görə də gələn həftə böyük ehtimalla S.Əbiyev istintaqa cəlb olunacaq. Çox maraqlıdır ki, həmin kapitan Səfər Əbiyevin zamanında vəzifədən uzaqlaşdırılıb və yenidən bərpa olunub. Amma son zamanlar onunla bağlı müraciətlərə və fəaliyyətinə yenidən nəzər salınıb. İstintaq bəzi ciddi məsələlərə aydınlıq gətirəcək".

Qeyd edək ki, dünən Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Şahin Sultanov həbs edilib. Onun barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, "kod 555" adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev və hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov, HDQ-in Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev həbs olunub. Hərbi birləşmənin Mənzil İstismar Sahəsinin rəisi, Elxan Hacıyevin oğlu Rövzat Hacıyev isə işdən çıxarılaraq, istintaqa cəlb ediliblər. Bu hərbçilər də vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar. Dünən həmçinin general-mayor Məmməd Beydullayevdə istintaqa cəlb edilənlər sırasında yer alıb.

Tarix
2014.04.24 / 21:43
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla