Yuxarı

Hərbi Dəniz Qüvvələrində qanun pozuntuları aşkarlanıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində keçirilən yoxlamalara və həbslərə rəsmi münasibət bildirib.

Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində (HDQ) həyata keçirilən yoxlamalara və həbslərə münasibət bildirib. Qurumun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğu tərəfindən HDQ-də yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Tarix
2014.04.24 / 19:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla