Yuxarı

Prezidentlərin Praqa görüşü regiona nə vəd edir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın təzyiqlərinə baxmayaraq, aprelin 24-də Praqada təşkil edilən Şərq Tərəfdaşlığı Sammitində dövlət başçılarının iştirakı regionda avrointeqrasiya prosesinin alternativsiz olduğunu bir daha təsdiq etdi".

"Axar.az" xəbər verir ki, bu sözləri hal-hazırda Çexiyada sözügedən tədbirdə iştirak edən Avropa Birliyi Şərq Tərəfdaşlığı Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov bildirib:

"Qeyd edək ki, Azərbaycan Prezidentinin də iştirak etdiyi tədbirə bir sıra Avropa ölkələrinin dövlət başçıları qatılıblar. Hal-hazırda davam edən sammitdə ikitərəfli danışıqlar təşkil edilməkdədir. Artıq dünən Prezident İlham Əliyev Çexiya paytaxtında bir sıra rəsmi görüşlər keçirib.

Vüqar Bayramovun sözlərinə görə, Praqa sammiti Şərq Tərəfdaşlığı Proqramına yeni nəfəs verib: "Moskva Çexiya paytaxtında ölkələrin nisbətən aşağı ranqda təmsil olunmasına çalışsa da, proqrama üzv olan dövlətlərin əksəriyyəti ən yüksək səviyyədə tədbirə qatıldılar".

Forumun həmsədri bildirib ki, sammitdə Şərq Tərəfdaşlığı Proqramına üzv olan ölkələrinin əksəriyyətinin dövlət başçılarının və eləcə də Avropa Birliyi rəhbərləri ilə yanaşı Mərkəzi və Şərqi Avropanın bir sıra dövlətlərinin prezidentlərinin də iştirakı tədbirin əhəmiyyətini göstərir:

"Ukraniyada baş verən hadisələr fonunda Avropa Birliyi regiondakı dəyişikliklərə ciddi önəm verir və rəsmi Brüssel bu prosesdə bölgə dövlətlərinə daha yaxından dəstək vermək niyyətindədir. Rusiyanın bölgə ölkələrinə birbaşa və dolayı təzyiqlərinə rəğmən, Şərq Tərəfdaşlığı Proqramı strateji əhəmiyyətini qoruyub saxlamaqdadır".

Vüqar Bayramov bildirib ki, Praqa Sammiti Şərq Tərəfdaşlığı Proqramının 5 illik yubley tədbiri olduğu üçün hər hansı birgə bəyannamənin qəbul edilməsi gözlənilmir:

"Bununla belə, tədbirdə ikitərəfli və çoxtərəfli görüşlər və o cümlədən prezidentlərin mətbuat üçün birgə brifinq keçirməsi nəzərdə tutulub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sammitdə iştirakı ölkəmizin Avropa Birliyi ilə əməkdaşlığı daha da genişləndirəcəyindən xəbər verir. Prezident Əliyevin tədbir çərçivəsində keçirdiyi iki tərəfli görüşlərdə ölkəmiz ilə Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb".

Azərbaycanlı alim onu da əlavə edib ki, Praqada bu gün təşkil edilən tədbir eyni zamanda ötən ilin noyabrında keçirilmiş Vilnüs sammitinin davamı kimi qiymətləndirilməlidir:

"Vilnüs sammitindən sonra regionda baş verən dəyişikliklər Avro-inteqrasiya prosesinə fərqli yanaşmanın vacibliyini ortaya qoyur. Növbəti ilin payızında Riqada keçiriləcək sammitədək Avropa Birliyinin region ölkələri ilə bir çox məsələlərlə bağlı anlaşmalar imzalayacağı gözlənilir".

Xatırladaq ki, hər il olduğu kimi bu il də Şərq Tərəfdaşlığı Sammiti keçirilir. Bu dəfə ev sahibliyini Çexiya edib.

Tarix
2014.04.24 / 17:55
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla