Yuxarı

“Neftçi”nin vitse-prezidenti istefa verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov istefa verib.

4 ildir ki, bu klubda çalışan Süleymanov "Rəvan"la bu gün keçiriləcək kubok oyunundan öncə istefa ərizəsini prezident Sadıq Sadıqova təqdim edib.

Bunu Süleymanovun özü də təsdiqləyib: "Bəli, mən istefa ərizəmi yazmışam. Artıq həmin ərizəni klub prezidenti Sadıq Sadıqova təqdim etmişəm. Məsələ burasındadır ki, mənə görə köklü tarixi olan "Neftçi" klubuna ziyan dəyməsini istəmirəm. Mənə verilən 20 min manat cəriməni ödəməyə imkanım yoxdur, imkanım olsa belə ödəmərəm. Çünki həmin qərarın kökündə qərəz var. Mən bütün bunları əsas gətirib, ərizəmi klub prezidentinə təqdim etdim. Mən həmişə olduğu kimi, klubun mənafeyini nəzərə alıb, bu addımı atdım. Sadə vətəndaş kimi gedib, "Rəvan" – "Neftçi" matçını izləyə bilərəm".

Xatırladaq ki, Tahir Süleymanov buna qədər bir neçə dəfə istefa ərizəsi yazıb. Amma hər dəfə onun ərizəsi klub prezidenti tərəfindən qəbul edilməyib /futbol11.az/.

Tarix
2014.04.24 / 14:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla