Yuxarı

Nazirin qardaşı oğlu eksklüziv maşın gətizdirdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Elton Məmmədovun oğlu, bahalı avtomobillərin həvəskarı olan Aynar Məmmədov iki həftə öncə Azərbaycana eksklüziv avtomobil gətizdirib.

ABŞ-ın Texas ştatında fəaliyyət göstərən və xüsusi olaraq super bahalı avtomobillərin tüninqi ilə məşğul olan "Hennessy" şirkəti Aynar Məmmədovun sifarişi əsasında "Mersedes-Bens Gelandevagen G63 AMG" avtomobilini yenidən yığıb. Deputat oğlunun sifarişi ilə 5,5 litrlik biturbo mühərriklə təchiz edilmiş avtomobilin gücü daha da artırılıb. Xüsusu hazırlanmış avtomobilin güc aqreqatının işçi həcmi 700 at gücünə qədər artırılıb, maksimal fırlanma anı 800-ə çatdırılıb.

Bundan başqa, deputat oğlunun sifarişinə uyğun olaraq avtomobilin salonunda və xarici görkəmində də ekskülüzivliyini göstərən önəmli dəyişikliklər edilib. Eyni zamanda, avtomobilə yeni təkər və disklər qoyulub. Eksklüziv avtomobilin qiymətinin yarım milyon dollar olduğu bildirilir.

Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən avtomobil saytları bir neçə gün öncə azərbaycanlı sifarişçinin istəyi əsasında belə bir maşının hazırlandığı və bu avtomobilin artıq Azərbaycana göndərildiyi haqda məlumat yaymışdı. "Avropa.info"nun araşdırması zamanı bəlli olub ki, avtomobilin hazırlanması ilə bağlı sifariş 6 ay öncə Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədov tərəfindən verilib. Maşın ölkəyə gətirilsə də, son dövrlər Aynar Məmmədovun dəbdəbəli həyatı və avtomobilləri haqqında mətbuatda gedən yazılardan sonra eksklüziv avtomobil üzə çıxarılmır.

Qeyd edək ki, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun avtomobil kolleksiyasını əks etdirən fotolar saytlarda yayılıb. Eyni zamanda, Aynar Məmmədovun avtomobili yüksək sürətlə idarə etdiyini əks etdirən video görüntülər də müzakirə mövzusudur.

Tarix
2014.04.24 / 13:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla