Yuxarı

Konsertini təxirə saldı: “Mən erməni deyiləm”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu addımı kimdənsə qorxduğuma görə atmamışam".

Bu sözləri "Axar.az"a açıqlamasında müğənni Natavan Həbibi Laçının işğal gününə düşən konsert proqramını təxirə salması ilə bağlı danışarkən dedi:

"Mən bu addımı kimdənsə qorxduğuma görə atmamışam. Sadəcə, anlaşılmazlıq olub, bilməmişəm. Bu, hamının başına gələ bilər. Sanki dünyanı dağıtmışdım, hamı məni qınadı. Sarayın rəhbərliyini bu mövzuda mənim tərəfimdə idi. Mənə dedilər ki, Laçının işğal günü may ayının on səkkizidir. Bunu bir çoxları eşitsə də, bəyanat veriləndə yenə söz-söhbətlərə son qoymadılar. Məcbur qalıb konserti təxirə saldım. Haqqımda deyilənlər də böhtandır, mən azərbaycanlıyam! Belə qərara gəldik ki, konserti may ayının iyirmi dördünə keçirək".

Xatırladaq ki, müğənni mayın 17-də "Dinlə" adlı konsert proqramı ilə Heydər Əliyev adına Respublika Sarayında çıxış edəcəkdi. Amma Laçının işğal tarixinin konsertlə eyni vaxta düşməsi səbəbindən ciddi tənqid olundu, hətta ona "erməni qanlı" deyənlər də tapıldı. Bu səbəbdən N.Həbibi tədbiri təxirə salmağa məcbur oldu.

Tarix
2014.04.24 / 13:03
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla