Yuxarı

Kadırov Xasavyurt merini “bandit” adlandırdı – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov keçirdiyi ənənəvi toplantıda Dağıstan Respublikasının və Xasavyurt şəhər merinin ünvanına kəskin ifadələr səsləndirib.

"Axar.az" xəbər verir ki, Kadırov çıxışında şəhər meri Saqidpaşa Umxanovu cinayətkar adlandırıb, Dağıstan Respublikasının rəhbərliyini isə hadisələri nəzarətdə saxlaya bilməmək üstündə qınayıb.

Qeyd edək ki, Kadırov çıxışında Şimali Qafqazdakı gərgin atmosferin yuvalarından biri kimi məhz Dağıstanın qərbindəki Xasavyurt şəhərini göstərib:

"Diqqətinizə çatdırmaq istəyirəm ki, bütün narkotik maddələrin dövriyyəsi Xasavyurtdan keçir. Hamı bilir ki, şəhər meri Saqidpaşa Umxanov banditdir, cinayətkardır. Ona görə də, bu ərazinin sakinləri cinayət törətməkdə olduqca həvəslidirlər. Görünür, Dağısatan rəhbərliyi hadisələri nəzarətdə saxlaya bilmir. Necə olur ki, bu illər ərzində müharibədən çıxan Çeçenistan milyonlarla sərmayə cəlb etdi, qonşumuzda isə hələ də anarxiya davam edir?"

Xatırladaq ki, bir neçə gün öncə Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov Xasavyurtda şəhər meri Saqidpaşa Umxanovla görüşərək, ona bəzi tapşırıqlarını vermişdi. Abdulatipov vurğulamışdı ki, Umxanov olduqca mərd və döyüşkən şəxsdir, ancaq bununla belə, şəhərin iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atmalıdır. Öz növbəsində Umxanov Çeçen müharibələri səbəbindən rəhbərlik etdiyi şəhərə sərmayənin cəlb edilməsinin olduqca çətin olduğunu diqqətə çatdırmışdı.

Bu arada bəzi dağıstanlı sosial şəbəkə istifadəçiləri Kadırovun ünvanına sərt ifadələr işlədərək, onu öz işi ilə məşğul olmağa çağırıblar. Əlavə ediblər ki, Kadırovun məqsədi Xasavyurtu Çeçenistana birləşdirməkdir.

Tarix
2014.04.24 / 12:49
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla