Yuxarı

Rusiyadan Azərbaycana “hərbi təlim xəbərdarlığı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizində Rusiya gəmilərinin təlim keçməsi Azərbaycan və Türkmənistana mesajdır.

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, Rusiyanın Transxəzər qaz kəmərinə istənilən yolla mane törədəcəyini bildirib:

"İki il əvvəl Xəzər donanmasına yeni gəmilər gətiriləndə də burada təlimlər keçirilmişdi. Rusiya Xəzərdə yalnız təlimlər keçirə bilər. Əslində bu təlimlər Transxəzər qaz layihəsi ilə əlaqədar Azərbaycan və Türkmənistanın əldə etdiyi razılığa görə başlayıb. Bu razılaşmalar əldə edilmək ərəfəsindədir. Türkmənistan prezidentinin Azərbaycana səfəri gözlənilir və bu səfər zamanı Transxəzər qaz kəməri layihəsinin gündəmin əsas müzakirə mövzusu olacağı gözlənilir. Döyüş hazırlığı vəziyyəti, hərbi təlimlər həm Türkmənistan, həm də Azərbaycana təzyiqin bir formasıdır. Çünki Rusiya bəyan edib ki, Xəzərin dibindən keçən istənilən kəmər digər Xəzəryanı dövlətlərlə razılaşdırılmalıdır".

Qeyd edək ki, dünəndən etibarən Rusiya Xəzər dənizinin özünə aid hissəsində hərbi təlimlərə başlayıb.

Tarix
2014.04.24 / 11:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əsədovdan motosikletlərlə bağlı qərar

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla