Yuxarı

Dindarlarımız futbol oynayacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dini icmalar arasında "Tolerantlıq Kuboku" uğrunda mini futbol turniri keçiriləcək.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, komitədə Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş "Tolerantlıq Kuboku" uğrunda ənənəvi mini futbol turnirinin püşkatma mərasimi keçirilib.

Mərasimdə çıxış edən komitənin sədr müavini Gündüz İsmayılov bildirib ki, DQİDK-nın təşkilatçılığı və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə dini konfessiyalar arasında keçirilən bu yarış sadəcə futbol turniri deyil, eyni zamanda Azərbaycanın dünyaya örnək ola biləcək tolerantlıq modelinin əyani sübutudur. G.İsmayılov qeyd edib ki, bu cür tədbirlər dünya praktikasında eyni dini konfessiyaya mənsub icmalar arasında keçirilsə də, müxtəlif dinlərə mənsub icmalar arasında təşkil edilməsi yalnız Azərbaycanda baş tutub. Artıq ikinci ildir ki, keçirilən ənənəvi turnirin əhəmiyyətinə toxunan sədr müavini bu cür tədbirlərin dini icmalar arasında mövcud olan sağlam mühitin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Daha sonra turnirdə iştirak üçün vəsiqə qazanmış 16 komanda arasında püşkatma keçirilib. Püşkatmanın nəticələrinə uyğun olaraq aprel ayının 25-dən etibarən oyunlara start veriləcək.

Qeyd edək ki, turnirdə ölkədə fəaliyyət göstərən müsəlman, xristian və yəhudi dini icmalarının komandaları iştirak edirlər. Turnirə may ayının əvvəlində yekun vurulacaq.

Püşkatma nəticəsində qrupların tərkibi aşağıdakı kimi müəyyənləşib:

"A" qrupu

Süleyman (Xəzər)
Müşfiqabad (Qaradağ)
İmam Rza (Xəzər)
İmam Hüseyn (Sabunçu)

"B" qrupu

Hacı Əjdərbəy (Nəsimi)
Katolik Kilsəsi
Səngəçal (Qaradağ)
Xanım Zəhra (Yasamal)

"C" qrupu

Həzrət Məhəmməd (Səbail)
Məşədi Dadaş (Nəsimi)
BDU İlahiyyat
"Cümə" məscidi (Sumqayıt)

"D" qrupu

Yəhudi icması
Pravoslav Kilsəsi
İrfan (Binəqədi)
Həyat Sözü

Tarix
2014.04.24 / 10:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla