Yuxarı

Bayılda güclü partlayış - Video/Yeniləndi(2)

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda güclü partlayış baş verib.

"Axar.az"ın hadisə yerinə yaxın ərazidə olan əməkdaşı xəbər verir ki, partlayış Bayılla İyirminci sahə arasında yerləşən "İkinci" adlanan yerdə baş verib.

İlkin ehtimala görə, partlayış neft çənində olub.

FHN yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, yanğının qarşısı alınır.

Feysbuk sosial şəbəkəsində bildirilir ki, ölən və yaralananlar var.

Daha dəqiq məlumat verməyə çalışacağıq.

10:52

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda neft çənində baş verən yanğınla bağlı ilkin məlumat açıqlayıb.

ARDNŞ-in mətbuat katibi Nizaməddin Quliyev açıqlamasında deyib ki, yanğın ARDNŞ-in Mərkəzi neft yığma məntəqəsində qeydə alınıb.

Onun sözlərinə görə, yanğın baş vermə səbəbləri aydın deyil.

İlkin ehtimala görə, ərazidə alışma olub. Xəsarət alan yoxdur.

Hazırda faktla bağlı araşdırma gedir. N. Quliyev gün ərzində hadisə ilə bağlı ətraflı məlumat veriləcəyini də deyib /APA/.

11:15

"Axar.az" xəbər verir ki, yanğın söndürülüb. Partlayışın gücündən hasar uçub.

Tarix
2014.04.24 / 11:15
Müəllif
Faiq Balabəyli, İsmi Şahzadə
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla