Yuxarı

“Şərq Tərəfdaşlığı” sammitində nələr müzakirə olunacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Avropadan öz siyasətini bu istiqamətdə davam etdirməyi və əməkdaşlığı gücləndirməsini gözləyirik".

Bu sözləri "Axar.az"a millət vəkili Asim Mollazadə prezident İlham Əliyevin də iştirak edəcəyi Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" sammitinə şərh verərkən deyib.

O, Rusiyanı da Azərbaycanla birgə Avropada görmək istədiyini bildirib:

"İndiki vəziyyətdə Azərbaycan Avropa ilə əməkdaşlığa çox hazırdır. Mən bu mövqeyi Gürcüstanda, Moldovada, Ukraynada da görürəm. Şərq tərəfdaşlığı nəinki səngiməlidir, daha da artmalıdır və şaxəli proqramlar əsasında bizim Avropa ilə əməkdaşlığımız güclənməlidir. Rusiya da Avropa ilə xüsusi əməkdaşlıq proqramını həyata keçirib. O da güclənsə yaxşı olardı. Biz Rusiyanı da bizimlə birlikdə Avropada görmək istərdik".

Politoloq Ərəstun Oruclu isə, bu sammitdə Avropa Birliyinə üzvlük məsələsinin sadələşdirilməsinin müzakirə olunacağını ehtimal edir:

"Nəzərə alsaq ki, Rusiyanın Şərq tərəfdaşlığı sammitində iştirak edən ölkələrə təzyiqi, Ukraynaya açıq təcavüzü artıq tamamilə yeni bir situasiya yaradıb. Artıq bu Avropa parlamentində müzakirə olunduğu kimi, Şərq tərəfdaşlığı ölkələrinin Avropa Birliyinə üzvlük məsələsində müəyyən sadələşdirmələr təklif oluna bilər. Yəni, bu prosedurun vaxt və şərtlər baxımından bir qədər qısaldılması. SSRİ dağıldıqdan sonra Şərqi Avropa və Baltikyanı ölkələr də sırf siyasi qərarlar nöqteyi-nəzərindən bunu qəbul elədilər. Eynilə həmin qaydada bu, gözlənilə bilər".

Politoloq Rusiya pasportlarının verilməsi prosedurunun sadələşdirilməsi haqa imzaladığı qanunu da çox təhlükəli hesab edir:

"Həm də Avropa Birliyi ilə əməkdaşlıq edən ölkələrin Şərq tərəfdaşlığı proqramı çərçivəsində təhlükəsizliyinin təminatı ilə bağlı müəyyən təkliflər də müzakirə oluna bilər. Ona görə ki, məhz bu proqramda iştiraklarına, Avropa Birliyi ilə operativ tərəfdaşlıq sazişini imzalamaq istəyinə görə bu ölkələr Rusiyanın təzyiqinə məruz qalır. Rusiya ilə münasibətlərə nəyinsə təsir göstərməsindən artıq keçib. Rusiya nə bacarırsa edir. Artıq vətəndaşlığın, pasportların verilməsinin sadələşdirilməsi haqqında qanun qəbul edib. Bu qanun isə Azərbaycan dövlətçiliyi üçün çox təhlükəli qanundur".

Qeyd edək ki, prezident İlham Əliyev 24-25 aprel tarixlərində Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" sammitində iştirak edəcək.

Tarix
2014.04.23 / 22:16
Müəllif
Elvin Mahmudov
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla