Yuxarı

Yuşşenko: “Ukraynasız Putin imperiyası yoxdur”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko ölkədə cərəyan hadisələri şərh edib.

"Axar.az" xəbər verir ki, Yuşşenko Ukraynanın federallaşdırılması və Kiyevdə oyuncaq iqtidarın qurulmasını Vladimir Putinin əsas hədəfi sayıb.

Onun sözlərinə görə, "Putin İmperiyası" Ukraynasız qeyri-mümkündür: "Səbəblərini izah edirəm: əvvəla, Putin 20-ci əsrin ən böyük faciəsi qismində SSRİ-nin dağılmasını göstərdi. Diqqət yetirin – İkinci Dünya Müharibəsi illərində 32 milyon sovet vətəndaşının, 10 milyonluq Qoldomor faciəsi qurbanının yox, məhz SSRİ-nin dağılması. İkinci bir məqam: Putin, "Sovetlər Birliyi dedikdə nə başa düşülməlidi?" sualına cavabında bildirdi ki, bu, Rusiyadır, sadəcə, başqa adla. Fikir verin, həm İvan Qroznı, həm Birinci Pyotr, həm İkinci Yekaterina, həm də Lenin epoxaları dönəmində Ukrayna məsələsi həmişə birinci sırada yer alıb. İndi də Gömrük İttifaqı adı altında qurum yaradır. Axı, bu təşkilatın Ukraynasız perspektivi yoxdur".

Başqa bir məqama toxunan Yuşşenko bildirib ki, Krım Ukrayna ərazisidir və belə də qalacaq. O, əminliyini ifadə edib ki, Ukraynanın şərqində münaqişə ocaqları, anklav qurumlar yaratmaqla, Putin Kiyevə ona kölə olacaq iqtidarı gətirmək istəyir.

Xatırladaq ki, Yeşşenko Putinin müəyyənləşdiridiyi siyasətçilərin adını bildiyini, amma indiki dönəmdə həmin şəxsləri açıqlamasını məqsədə müvafiq saymadığını dilə gətirib.

Tarix
2014.04.23 / 20:53
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla