Yuxarı

Böyük Vətən müharibəsi veteranı təltif olundu - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 416-cı alayın topçusu olan Zərdab rayon sakini 93 yaşlı Muradəli Heydərovu qəbul edib.

Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Axar.az"a verilən məlumata görə, Xidmət rəisi Böyük Vətən müharibəsi iştirakçılarının, eləcə də Qarabağ müharibəsi veteranlarının sosial müdafiəsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqətində olduğunu, göstərilən dövlət qayğısının artmaqda olduğunu vurğulayıb.

A.Rəhimov Böyük Vətən müharibəsi veteranı M.Heydərovun keçdiyi döyüş yolundan söz açaraq, onun gənclər üçün bir nümunə olduğunu vurğulayıb. Gənclərin ordu sıralarına hazırlanmasında, döyüş əzmi ruhunda və hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə M.Heydərova təşəkkürünü bildirən general-leytenant A.Rəhimov onun bu fəaliyyətinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fəxri fərmanı ilə təltif olunduğunu diqqətə çatdırıb. Xidmət rəisi Fəxri fərmanı M.Heydərova təqdim edərək, ona möhkəm cansağlığı və uzun ömür arzulayıb.

Böyük Vətən müharibəsi veteranı M.Heydərov bu qayğı və diqqət üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirib. O, bundan sonra da yorulmadan veteranların nümunəsini gənc nəsil arasında təbliğ edəcəyini vurğulayıb.

Tarix
2014.04.23 / 19:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla