Yuxarı

Kliçkoya hücum etdilər - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı ağır çəkili boksçu Şennon Briqqs məşhur ukraynalı boksçu Vladimir Kliçkonun Aleks Leapai ilə görüşdən əvvəl keçirilən mətbuat konfransında qalmaqal törədib.

"Axar.az" xəbər verir ki, konfrans zalına soxulan amerikalı boksçu Kliçkonu onu rəqib kimi seçmədiyinə görə ittiham edib. Futbolkasını cıran boksçu onu Kliçkonun qarşısına atıb və revanş imkanı tələb edib: "Sən əsl çempion deyilsən, xalqın çempionu mənəm".

Mühafizəçilər Briqqsi çətinliklə sakitləşdiriblər. Vladimir Kliçko baş vermiş insidentə belə münasibət bildirib:

"Mən bunu qətiyyən gözləmirdim. Briqqsin gəlişini, onun törətdiyi şounu anlamadım. Hətta onun nə istədiyini belə başa düşmədim. Anlamadım, o bizim mətbuat konfransını pozmaq istəyirdi, yoxsa özünün varlığını göstərmək? Birinici onda alınmadı, ikincidən isə ümumiyyətlə danışmağa dəyməz. Mən Briqqsi sonunçu dəfə Vitali ilə döyüşdə görmüşəm. Həmin döyüşdən sonra o, qospitala yerləşdirilmişdi. Görünür döyülmədən sonra bərpa ola bilib".

Tarix
2014.04.23 / 16:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla