Yuxarı

Rövnəq Abdullayevin borcu 7 milyarda çatıb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) konsolidasiya olunmuş borcu 6,8 mlrd. ABŞ dolları təşkil edir.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

S. Qasımov bildirib ki, ümumi borcdan 1,1 mlrd. dolları kapital qoyuluşunun, 1 mlrd. dolları isə kommersiya təşkilatlarına olan borcun payına düşür.

"Şirkətin cəlb etdiyi vəsaitlər böyük layihələrə qoyulub. Türkiyədəki layihə üçün 1 milyard dollardan çox, Bakıdakı Gəmiqayırma zavodunun tikintisi üçün 1 milyard dollara qədər Neft Fondundan vəsait götürülüb. "Azəri-Çıraq-Günəşli" layihəsindən 1,67% pay almaq üçün 485 milyon dollara qədər vəsait cəlb olunub. TANAP, TAP, "Şahdəniz 2" layihəsi üçün yaranan şirkətə Neft Fondunun büdcəsindən vəsait ayrılıb", - deyə o bildirib.

ARDNŞ-a olan borclara toxunan S. Qasımov bildirib ki, şirkətə ən çox borcu olan "Azərenerji" ASC-dir ki, bu məbləğ 280 mln. manata çatıb.

Tarix
2014.04.23 / 15:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədin müəyyənləşdirilməsinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla