Yuxarı

“Polad Bülbüloğlu ölkəsinə xəyanət edir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiyadakı səfirliyi və Ümumrusiya Azərbaycan Konqresi barədə ifşaedici fakt ortaya çıxıb. Məlum olub ki, rusiyalı tarixçinin ermənilərin saxtakarlığından bəhs edən kitabının təqdimat mərasiminə bu qurumlardan heç kim qatılmayıb.

Bu barədə məlumatı Rusiyada yaşayan həmyerlimiz, Beynəlxalq Münasibətlərin Araşdırmaları Mərkəzinin rəhbəri Sakit Allahverdiyev verib. Onun sözlərinə görə aprelin 21-də keçirilən təqdimat mərasimində Azərbaycanın rəsmi təmsilçilərinin belə bir münasibəti haminin təəccübünə səbəb olub:

"Aprelin 21-də Moskvada rusiyalı tarixçi Oleq Kuznetsovun "Gülüstana gedən yol...": Tarixə dərə-təpələrlə sayahət ("Дорога на Гюлистан…": Путешествие по ухабам истории) monoqrafiyasının təqdimat mərasimi keçirilib. Rusiya Elmlər Akademiyasının Elm Adamları Mərkəzi Evində keçirilən mərasimdə monoqrafiya haqda məlumat verilib. Əsərdə O.R.Ayrapetova, M.A. Volxonskoqo, V.M. Muxanova "Doroqa na Gülüstan"` kitabını tənqid edir. Müəllif bu kitabda ermənilərin saxtakarlıqlarını faktlarla göstərərək, ifşa edir. Bir rus müəllifinin belə bir elmi əsərlə çıxış etməsi Azərbaycan üçün göydən düşmə bir hadisədir. Amma təəssüf ki, nəinki bu fürsətdən istifadə edildi, heç müəllifə quru sağol da deyilmədi. Tədbirdə nə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak etdi, nə də Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri. Sanki, bu məsələ 3-5 nəfərdən savayı heç kimi maraqlandır. Bu necə məmurlardır, ictimai təbliğatdır? Bunlar öz vəzifələrini icra etmirlərsə, niyə bu vəzifələrdə otururlar? Bu qədər biganəlik olarmı? Yox, bu biganəlik deyil, xəyanətdir! Belə bir münasibətin başqa adı ola bilməz. Hətta dostlardan bir nəfər Azərbaycanın Rusiyadakı Səfirliyinə telefonla zəng etdi. Ona cavab verdilər ki, səfir şəxsən tapşırıb bu tədbirdə səfirliyin işçilərindən heç kim iştirak etməsin. Ya rəbbim, görəsən, bu artistlər nə zaman siyasətçi olacaqlar? Bəs Konqres niyə iştirak etmir?".

Məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlasaq da, diplomatik nümayəndəliyimizin mövqeyini öyrənə bilmədik. Xatırladaq ki, "Gülüstana gedən yol...": Tarixə dərə-təpələrlə səyahət kitabı Oleq Kuznetsovun Rusiya tarixşünaslığında erməni saxtakarlığına dair ikinci nəşridir. Müəllifin bu mövzuya dair ilk kitabı "Qarabağ münaqişəsinin "mifləri" haqqında həqiqət" əsəridir. Bu tarixi əsər rusiyalı politoloq-tarixçi Stanislav Tarasovun Ermənistan-Azərbaycan münaqişəsi haqqında yazdığı "Dağlıq Qarabağ haqqında miflər" kitabına cavabdır. Oleq Kuznetsov kitabında "Tarasovun mifləri" adlandırdığı çap məhsulunun erməni sifarişi olduğunu bir sıra faktlarla sübut edib. /Aznews.az/

Tarix
2014.04.23 / 13:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla