Ana səhifə Gündəm |
"Ötən gün hüquq-mühafizə orqanları tərəfindən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində istintaq işlərinə cəlb edilib".
"Axar.az" xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov öz Feysbuk səhifəsində yazıb.
O, hazırda istintaqa sabiq və indiki generalların da cəlb edildiyini bildirib:
"Jurnalist dostlarma demək istəyirəm ki, yazacağım bu xəbəri lütfən dəqiqləşdirib sonra yazın. Etibarlılığına şübhə etmədiyim hərbi mənbə bir qədər əvvəl mənə bildirdi ki, ötən gün hüquq-mühafizə orqanları tərəfindən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində istintaq işlərinə cəlb edilib. Ortada olan təkzibedilməz faktlar və sübutlar əsasında yaxın saatlarda onunla bağlı çox mühüm qərarın qəbul edilməsi gözlənilir. Mənbənin deməsinə görə, Şahin Sultanovla yanaşı, MN-nin bir neçə sabiq və indiki generalları da istintaqa cəlb edilib və onların da ifadəsi alınıb. Daha ətraflı yaxın saatlarda məlum olacaq".
Qeyd edək ki, Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrində ciddi yoxlamalar aparır. Son bir neçə həftə ərzində HDQ-nin bir sıra yüksək zabitləri həbs olunub.
Tarix
2014.04.23 / 12:25
|
Müəllif
İlkin Həsənov
|