Yuxarı

Radikal təriqətlərdən Şeyxə qarşı amansız savaş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu məlumatlar heç bir həqiqəti əks etdirmir".

Bu sözləri "Axar.az"a açıqlamasında Şeyxülislam Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə dedi. Onun sözlərinə görə, Şeyxlə bağlı yayılan məlumatların hamısı qərəzli və məqsədlidir:

"Mən bununla bağlı heç bir açıqlama vermirəm. Bu barədə səhih olaraq Şeyxin mətbuat katibi danışa bilər. Ancaq bilin ki, bu yayılan, redaksiyalara göndərilən məlumatlar qətiyyən həqiqəti əks etdirmir. Onlar şeyxin fəaliyyətinə qarşı kampaniya aparırlar. Qoy, bacardıqlarını etsinlər".

Şeyxin Mətbuat Xidməti ilə əlaqə yaratmağa çalışsaq da heç kim telefonlarımıza cavab vermədi.

Qeyd edək ki, redaksiyamızın elektron ünvanına artıq bir aydan artıqdır ki, ardıcıl olaraq Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə ilə bağlı ittiham dolu məlumatlar göndərilir. Həmin xəbərlərdə Şeyxin oğlunun radikal dini təriqətə qoşulduğu, qızlarından birinin isə nurçu olduğu qeyd edilir. Sonuncu məktubda isə "həqiqəti xırdalığına qədər" yazmağı qarşısına məqsəd qoyan naməlum müəllif Şeyxin qızının üç il bundan əvvəl nurçuluğu qəbul etdiyini, bu təriqət mənsubları arasında yüksək vəzifə tutduğunu və ona "abla" deyə müraciət edildiyini bildirir.

Xatırladaq ki, Şeyxə qarşı bu tip informasiyalar Qafqaz Müsəlmanları İdarəsinin yanvarın 28-də böyük tədbir keçirməsi və ilk dəfə olaraq, ölkədə təriqətlərin təhlükəli vəziyyətə gəlməsini QMİ səviyyəsində rəsmən bəyan etməsindən sonra başladı. Daha sonra Suriyada döyüşənlərə və nurçulara qarşı sərt mövqe göstərən Qafqazın şeyxi barədə müxtəlif dövlətlərin rəsmiləri ilə münasibətlərindən, onlardan qeyri-qanunu maliyyə yardımı almasından bəhs edən xəbərlər sürətlə mediaya ötürülməkdədir.

Tarix
2014.04.23 / 12:17
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla