Yuxarı

Qazla təmin olunan dini məbədlərin sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin aprelin 1-dək 190 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb.

Məlumata görə, bu barədə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı və ARDNŞ-nin Şurasının 63 nömrəli 30 dekabr 2013-cü il tarixli qərarına əsasən məscidlərə və digər konfessiyalara məxsus dini məbədlərə ayrılmış illik limit daxilində təbii qazın əvəzsiz verilməsi nəzərdə tutulub. İB direktoru əlavə edib ki, 2013-cü il ərzində məbəd və ziyarət yerlərinin istifadə etdikləri qazın orta illik sərfiyyatının 1953 kubmetr olmasına baxmayaraq, hazırda təbii qazla təmin olunmuş ibadət və ziyarət yerlərinin hər birinə illik 5000 kub metr limitin tətbiq olunması qərara alınıb: "Gələcəkdə təbii qazdan istifadə etmək üçün "Azəriqaz"a müraciət edən İslam dini təyinatlı ibadət, digər konfessiyalara məxsus məbəd ziyarət yerlərində bu işin həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, "Azəriqaz" öz vəsaitləri hesabına layihə-smeta sənədləri əsasında qaz xətləri çəkilib sayğac quraşdırıldıqdan və müvafiq qeydiyyatdan keçməsini təsdiq edən sənədlər təqdim etdikdən sonra nəzərdə tutulmuş limit tətbiq olunmalıdır". /Aznews.az/

Tarix
2014.04.23 / 11:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla