Yuxarı

İstanbuldan Mədinəyə sürət qatarı gedəcək - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Osmanlı padşahlarından II Əbdülhəmidin layihəsi olan "Hicaz Dəmiryolu" yenilənərək işə salınacaq.

Dəmir yolu xətinin Türkiyədə olan qismini yeniləyərək sürət qatarına uyğunlaşdırmağa qərar verən Türkiyə Dəmir Yolları (TCDD) rəsmiləri xəttin İordaniya və Səudiyyə Ərəbistanından keçən hissələri üçün bu ölkələrlə danışıqlara başlayacaq.

Suriyada davam edən daxili iğtişaşlar səbəbindən layihə ləngisə də çalışmaların 2023-cü ilə qədər başa çatması gözlənilir.

Məlumata görə, layihənin başa çatmasından sonra İstanbuldan Mədinəyə 12 saatda getmək mümkün olacaq.

Həmçinin Avropa, Rusiya, Qafqaz və s. region ölkələrində yaşayan müsəlmanların da Həcc ziyarəti üçün bu yoldan istifadə edəcəyi istisna edilmir.

Layihənin növbəti mərhələsi isə İstanbul – Məkkə xəttinin salınmasıdır. Bununla da Avropa ilə Məkkə və Mədinə şəhərləri arasında birbaşa dəmiryolu reysi olacaq. /ANS/

Tarix
2014.04.23 / 02:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla