Yuxarı

Sabah Bakıda qaz olmayacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qazpaylayıcı stansiyada kollektor üzərində yenidənqurma işlərinin aparılması, "Goranboy" qaz ölçü qovşağından qidalanan qaz kəmərlərinin yeni quraşdırılacaq kollektora birləşdirilməsi, "Şəmkir SES" (Kür qəsəbəsi) Avtomatik qazpaylayıcı stansiyasından qeyri-əhali istehlakçılarına nəql olunan təbii qazın bir nöqtədən təhvil verilməsi məqsədi ilə yeni sənaye kollektorunun yaradılması, Qazpaylayıcı stansiyadan qidalanan orta təzyiqli qaz kəmərində siyirtmənin yerinin dəyişdirilməsi və siyirtmələrə texniki xidmət göstərilməsi ilə əlaqədar 23 aprel 2014-cü il tarixində saat 09:00-dan 18:00-dək Quba rayonuna, Goranboy rayonunun bir hissəsinə və Şəmkir rayonunun Kür qəsəbəsinə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə "Kürdmaşı" qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində qaztənzimləyici qurğunun quraşdırılması məqsədi ilə saat 09:30-dan saat 18:00-dək İsmayıllı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Ələt qəsəbəsində 325 mm-lik qaz xəttinin bir hissəsinin istismardan çıxarlması və yeni çəkilmiş 325 mm-lik orta təzyiqli qaz kəmərlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, "Kompressor st. N1" qaz ölçü qovşağından qidalanan "Siyəzən-1" QPS-ə gələn 325 mm-lik orta təzyiqli qaz kəmərində əmələ gəlmiş qaz sızmasının ləğvi və Nizami rayonu ərazisində aparılan təmir-bərpa işləri ilə bağlı 325 mm-lik orta təzyiqli qaz xəttinin uzun müddət istismarda olan bir hissəsinin yenidən çəkilərək qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 10.00-dan Siyəzən və Bakının Qaradağ və Nizami rayonlarının bir hissəsinə də təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Həmçinin, qaz nəqli sistemində yaranmış qaz sızmasının ləğvi məqsədi ilə saat 10:00-dan saat 13:00-dək Bərdə rayonunun bir hissəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən yaşayış binasının qazanxanasına çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 10:00-dan saat 15:00-dək Ağdam rayonunun bir hissəsinə, QPS-dən qidalanan 100 mm-lik orta təzyiqli yerüstü qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və Orta Salahlı kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xətti üzərində qaztənzimlyici qurğunun quraşdırılması, "Yevlax-Şəki-Balakən" magistral qaz kəmərlərinin 131,2-154,4-cü kilometrlər arası hissəsində yeni çəkilmiş magistral qaz kəmərlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və abonentlərin qaz təchizatının yaxşılaşdırılması, Ağstafa şəhəri, Şəhriyar küçəsində yeni çəkilmiş 160 mm-lik orta təzyiqli yeraltı polietilen qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, şəhərin küçələrində aparılan abadlıq işləri ilə bağlı yol keçidində qaz xətlərinin kənara çəkilməsi və müxtəlif diametrli qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və qaz xətləri üzərində quraşdırılmış avadanlıqların təmir-təftiş olunması ilə əlaqədar saat 10:00-dan saat 18:00-dək Balakən rayonuna, Zaqatala, Qazax və Ağstafa rayonlarının bir hissəsinə, qaz nəqli sistemində tənzimləyici klapanın dəyişdirilməsi ilə əlaqədar saat 11:00-dan saat 17:00-dək Daşkəsən rayonuna, qaz nəqli sistemində yaranmış qaz sızmasının ləğvi məqsədi ilə saat 13:00-dan saat 18:00-dək isə Bakının Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Tarix
2014.04.22 / 18:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Regiondan uzaq dövlətlərin prosesə maneə törətməsi...

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla