Duzlu yemək də xərçəng yaradır - Onkoloq
01:51
Ana səhifə Avto |
Klassik avtomobil həvəskarı olan MHP lideri Dövlət Baxçalı kolleksiyasına daha birini əlavə edib.
"Axar.az" xəbər verir ki, Baxçalının daha 4 avtomobili var.
Bu dəfə MHP lideri şəxsi kolleksiyasına ili 1971 olan "Ford Taunus" markalı avtomobili əlavə edib. İlkin qiyməti 30 min TL olan avtomobili Baxçalı 27.500 TL-yə (təxminən 12.500 AZN) alıb.
Baxçalının dördüncü klassik avtomobilini mitinq üçün Antaliyaya getdiyi zaman alıb. Qeyd olunur ki, Baxçalı avtomobili sahibindən şəxsən özü alıb. MHP lideri həmçinin avtomobilin nömrəsini də dəyişib. Belə ki, İstanbul nömrəsini Ankara nömrəsinə (06) dəyişib.
Qeyd edək ki, Dövlət Baxçalının digər atomobilləri 1982-ci il modeli olan "Mercedes", 1987-ci il "Buick", 1987-ci il "Volvo"dur.
Tarix
2014.04.21 / 21:52
|
Müəllif
Pərviz Həsənov
|