Yuxarı

Markesin həyatını dəyişən kitab

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika qitəsini Xristofor Kolumb kəşf etdi. Ora gedib-getməməsi dəqiq bilinməsə də, Ameriqo Vespuççinin adı qitəyə verildi.

Kolumbun heç zaman ayaq basmadığı ölkəyə isə Kolomb adı verildi: Kolumbiya!

20-ci əsrin ən böyük Latın amerikalı və kolumbiyalı yazarı Qabriel Qarsiya Markes doqquz yaşında oxuduğu və Şərq ədəbiyyatının vizit vərəqi olan əsərlərdən təsirləndi: Min bir gecə nağılları!

Maraqlıdır ki, ilk fikirdə aşiq olub evləndiyi Mersedes adlı gözəl də Şərq əsilli immiqrant idi.

Bu gün torpağa veriləcək olan "magik realizm" axınının yaradıcısı olan böyük yazarın həyatından qeydlər...

Qabriel Qarsiya Markes...

Onu dostları həyatı boyunca "Qabon" deyə çağırdı.

Bütün dünya onu yazıçı olaraq tanıyır, halbuki jurnalistikanı heç vaxt buraxmadı. İlk xəbəriylə ölkəsindən qaçmaq məcburiyyətində qaldı və ilk romanını yazdı.

Belə...

1950-ci ildə Kolubmiyada iqtidara gələn Laureano Qomes Kolumbiyanı dəmir yumruqla idarə etdi. Violensia adı verilən qanlı hadisədə 200 minə yaxın insan can verdi.

1955-ci ildə dənizdə fırtınaya düşən Kolumbiya Dəniz qüvvələrinə aid "Caldas" adlı gəmi okeanda batdı. On gün ərzində qayıqda yaşayaraq xilas olan dənizçi-əsgər Luis Alexandro Velasko diktator Qomes iqtidarının dəstəyi ilə ölkənin qəhrəmanı edildi. Lakin...

O dənizçi Velasko bir həftə sonra "El-Espectador" qəzetinin qapısını döydü. Dövlətin gəmisi qanunsuz mallar daşıyırdı.

Markesin ölkə gündəmə gətirdiyi bu xəbər onun ölkədən çıxmağa məcbur qalmasının və böyük roman ustası kimi məşhurlaşmasının başlanğıcı da saymaq olar.

Hazırladı: Tural Qurbanlı

Tarix
2014.04.21 / 16:47
Müəllif
Soner Yalçın
Şərhlər
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla