Yuxarı

Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham edilir - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:26

Türkiyədən deportasiya edilən jurnalist Rauf Mirqədirovun həbs edildiyi açıqlanıb.

Bu barədə məlumatı vəkil Fuad Ağayev verib. Onun sözlərinə görə, bir neçə dəqiqə əvvəl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski zəng edib. Müstəntiq bildirib ki, Rauf Mirqədirov şübhəli şəxs qismində saxlanılıb. Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. Rauf Mirqədirov hüquqlarının vəkil Fuad Ağayev tərəfindən müdafiə olunmasını istəyib.

Vəkil sabah Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə getməyi planlaşdırır. /"Musavat.com"/

***

16:00

Musavat.com Ankaradakı qaynqlardan aydınlaşdırıb ki, R. Mirqədirov bir neçə ay öncə - bu ilin əvvəllərində Ermənistanda səfərdə olub. Qaynaq bildirir ki, bu, Rusiyanın hansısa fondunun təşkil etdiyi konfrans idi və Mirqədirov oraya Türkiyədən də bir heyət olmaqla, Gürcüstan üzərindən gedib. Onunla səfərdə AK Partiyə yaxın olan Uluslararası Strateji Araşdırma Kurumunun (USAK) təmsilçisi də iştirak edib. Mirqədirovun həmin konfransda ermənilərlə mübahisəsi də düşüb...

Ehtimal etmək olar ki, siyasi icmalçının ittihamında bu səfərin də "payı" var. Bilglərimizə görə, R. Mirqədirov ötən il də Ermənistan səfərində olub. Lakin Rauf Mirədirov həmin səfərlərə gizli getməyib, bu Azərbaycan və Türkiyə dövlətlərinin bilgisi daxilində olub. Mirqədirovu yaxından tanıyan Ankarada yaşayan jurnalist Zaur Bayramlı da belə deyir: "Rauf Mirqədirovun Ermənistanda keçirilən beynəlxalq tədbirərdə həm mütəxəssis, həm də jurnalist kimi iştirakı Azərbaycan və Türkiyə dövlətlərinin bilgisi daxilində olmuşdur və o, hər dəfə səfərdən qayıtdıqdan sonra səfəri ilə bağlı geniş yazılar yazmışdır. Bunu "Ayna-Zerkalo" qezetinin redaktoru Elçin Şıxlı da təsdiq edə bilər. Mən Rauf Mirqədirovun Azərbaycanın ve Türkiyənin mənafelərini hər hansı başqa bir dövlətin ayağına verməsinə əsla inanmıram". Zaur Bayramlı onu da dedi ki, R. Mirqədirov Türkiyədə daim maddi sıxıntılarla yaşayıb: "Bəzən maaşına qədər dostlardan borc alıb və onu maaşını alarkən geri qaytarıb. O, dövlətə xəyanət və xarici qüvvələrə işləməklə məşğul olsaydı, ən azından, minimal yaşam şərtlərini düzəldərdi".

Tarix
2014.04.20 / 16:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla