Yuxarı

"Yəhudiləri öldürün" kəndinin adı dəyişdiriləcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şimali İspaniyadakı kəndin adının "yəhudiləri öldürün" mənasına gələn ikinci hissəsinin dəyişdirilməsi ilə bağlı səsvermə keçiriləcək. Bu barədə "Independent" xəbər portalı məlumat verir.

"Castrillo Matajudios" kəndinin adındakı "Matajudios" sözünü "yəhudiləri öldürün" kimi yozan kəndin 60 sakini mer Lorenzo Rodriqezlə (Lorenzo Rodriguez) razılaşdıqdan sonra gələn həftə kəndin adının dəyişdirilməsi ilə bağlı görüşəcəklər.

Rodriqez kəndin adının "Castrillo Mota de Judios", yəni "Castrillo yəhudiləri yüksəkliyi" olmasını təklif etmişdi. Belə güman olunur ki, kəndin adı əslində belə olub. Sonralar İspaniyada inkvizisiya zamanı dəyişərək "Castrillo Matajudios" adlandırılıb.

Əvvəllər də adın dəyişdirilməsi haqqında söhbət gedirdi, lakin indiki kimi ciddi təklif verilməmişdi. "Bir səs üstünlüklə də olsa, əksəriyyətin qərarına hörmət olunacaq", - mer Rodriqez "Diario de Burgos" yerli ispan gündəlik qəzetinə bildirib.

Rodriqezin dediyinə görə, kəndin indiki adı 1035-ci ildə Kastroheris (Castrojeriz) adlanan yerdə yəhudilərin soyqırımı zamanı sağ qalanların "Castrillo" dərəsinə yerləşməsi ilə yaranıb. Həmin yerdə ikinci dəfə 1109-cu ildə soyqırım olub.

Şimali İspaniyada limonad və spirtli içkilər adətən "Matajudios" adlanır: "matar Judios", yəni "yəhudiləri öldürün". Bu içkilər xüsusilə Pasxa bayramında şənliklərdə istehlak olunur. Castrillo Matajudios yaxınlığındakı Leon kəndində hər il "Böyük Cümə"də keçirilən "matar Judios" tədbirində 40000 qallona yaxın limonad satılır.

Belə güman olunur ki, kəndin adının yaranması orta əsrlərdə Pasxa bayramı ərəfəsində yəhudi əsilli insanların açıq məhkəmələrdə camaatın gözü qarşısında edam olunması ilə bağlıdır. /EUNews.az/

Tarix
2014.04.20 / 01:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla