Yuxarı

Ermənistan Avropa Məhkəməsinə verilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanı məhkəmyə verənlər isə "Roşhat" Azərbaycan kürd gənclər təşkilatıdır

Ermənistan Xocalı faciəsini törətdiyinə görə Avropa məhkəməsinə verilir. Məlumata görə, Ermənistanı məhkəməyə verənlər isə "Roşhat" Azərbaycan kürd gənclər təşkilatıdır. Təşkilat Xocalı soyqırımının nə vaxt, kimlər tərəfindən törədilməsi, ölən və yaralılar barədə sənədləri toplayaraq Avropa məhkəməsindəki məhşur vəkillərdən birinə göndəriblər.

Xocalı soyqrımı ilə bağlı Azərbaycanın mövqeyini isə məhşur müstəqil hüquqşünas Kərim Yıldız müdafiə edəcək. Vəkil ANS-ə müsahibəsində etiraf elədi ki, bu, çətin proses olacaq. Bununla belə o, uğur əldə ediləcəyinə inanır. Çünki Dağlıq Qarabağ problemi dondurulmuş münaqişə deyil, hazırda müharibə şəraiti davam edir.

Üstəlik laçınlı Çıraqovlar ailəsinin işini Avropa məhkəməsində qaldıran və Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən nəticə əldə edən avropalı vəkilə digər həmkarları da yardım edəcəklər. Kərim Yıldızın köməyini Azərbaycan bunadək işğal olunmuş Laçın rayonunun sakinləri olmuş Çıraqovların məhkəmə iddiasında görmüşdük. Avropa məhkəməsinin müstəvisinə çıxarılan bu işin nəticəsində Ermənistan həmin kəslərə təzminat ödəməyə məcbur edilib.

Qərarda bildirilirdi ki, Laçından olan məcburi köçkünlər etnik və dini zorakılığa məruz qalıb, əmlakları dağıdılıb. Əslində bu qərarın verilməsi ilə Avropa məhkəməsi, hüquqi müstəvidə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, Ermənistanın isə bu əraziləri işğal etməsi faktını tanımış oldu. /ANS/

Tarix
2014.04.19 / 22:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla