Ana səhifə İqtisadiyyat |
ARDNŞ prezidenti Rövnəq Abdullayev Aşqabadda səfərdədir.
Aprelin 18-də o, iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafını müzakirə edib. Bu barədə Türkmənistan hökumətinin məlumatında deyilir.
Türkmənistan XİN-də Azərbaycan nümayəndə heyətilə görüş keçirilib. "Konstruktiv və işgüzar şəraitdə keçən danışıqlar zamanı Türkmənistanla Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə, həmçinin ikitərəfli münasibətlərin inkişafına, o cümlədən neft-qaz sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunur.
Lakin məlumatda konkret hansı məsələlərin müzakirə olunduğu
açıqlanmır. Azərbaycan tərəfi də susur.
Turan agentliyinin məlumatına görə, ikitərəfli münasibətlərdə
energetika mövzusu iki istiqamətdə inkişaf edir: Türkmənistan
neftinin Azərbaycan vasitəsilə dünya bazarına nəqli və Türkmənistan
neftinin Azərbaycan vasitəsilə Avropaya nəqli məqsədilə Transxəzər
qaz kəməri layihəsində iştirak.
İldə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 3 mln. ton Trükmənistan nefti nəql edilir. Bu, Azərbaycana tankerlərlə daxil olur.
Transxəzər qaz kəmərinə gəlincə, bu layihənin dəyəri $2 mlrd., gücü ildə 30 mlrd. kubmetrdir. Layihə başa çatmaq mərhələsindədir və praktik olaraq reallaşmağa hazırdır.
Aprelin 12-də Türkmənistanın neft-qaz kompleksinin inkişafına həsr olunmuş xüsusi müşavirədə ölkə prezidenti Qurbanqulu Berdımühəmmədov Transxəzər qaz layihəsinin reallaşmasını "prioritet vəzifə" adlandırıb.
2013-cü ilin mayında Aİ sammiti Transxəzər qaz kəmərini 2014-2020-ci illər üçün prioritet infrastruktur enerji layihələri sırasına daxil edib.
Lakin Rusiya layihənin reallaşmasına əngəl törədir. 2012-ci ilin əvvəlində RF-Aİ sammitində Putin deyib ki, Moskva konsensus olmadan Xəzər üzrə qəbul olunmuş qərarları legitim saymayacaq /Musavat/.
Tarix
2014.04.19 / 16:10
|
Müəllif
Axar.az
|