Yuxarı

“Allure” gözəllik mərkəzində jurnalistin gözünü yandırdılar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saytımızın xanım əməkdaşı həkim səhlənkarlığının qurbanı olub.

"Axar.az" xəbər verir ki, jurnalist Gülnarə Kərimova aprel ayının 9-u Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi-84 ünvanında yerləşən "Allure" gözəllik mərkəzinə lazer epilyasiyası üçün müraciət edib. Mərkəzin həkim-kosmetoloqu İlahə xanım əməliyyat zamanı səriştəsizlik edərək, onun sağ gözünü zədələyib. Göz nahiyəsi lazer şüası ilə zədələnən G.Kərimova İlahə xanıma yenidən müraciət etsə də, həkim əməkdaşımızı aldadıb. Bildirib ki, gözündəki problem adi qızartıdır. Həkim ona 5 gün ərzində heç bir həkimə müraciət etməməyi məsləhət görüb.

Göz nahiyəsində ağrıların şiddətli həddə çatdığı görən G.Kərimova bunu həkimə bildirib. Həkim isə ona heç bir yardım edə bilməyəcəyini deyib.

Vəziyyətinin pisləşdiyini görən G.Kərimova aprelin 14-də Zərifə Əliyeva adına Göz Xəstəxanasına müraciət edib. İlkin müayinədən sonra məlum olub ki, gözün buynuzlu qişası və bəbəyi lazer şüasından yanıb. Gülnarə xanım hazırda həmin xəstəxanada stasionar müalicədədir.

"Allure" gözəllik mərkəzinin sahibi Hüseyn Rüstəmov səhlənkarlıq edərək pasiyentin gözünü zədələyən həkimin cəzalandırılacağını bildirdi:

"Mərkəzimizdə belə bir halın baş verməsi qəbuledilməzdir. Söz verirəm ki, belə səhlənkarlığa yol verən həkim-kosmetoloq mütləq cəzalanacaq".

Faktı araşdıran Yasamal rayonu 29-cu polis bölməsinin tədqiqatçısı polis kapitanı İlkin Şıxızadə isə məhkəmə ekspertizasının verəcəyi rəydən sonra məsələ ilə bağlı lazımı tədbir görüləcəyini bildirdi.

Mövzunu diqqətdə saxlayacağıq...

Tarix
2014.04.19 / 14:33
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla