Yuxarı

Suriyada döyüşən azərbaycanlıların görüntüsü yayıldı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada döyüşlərdə iştirak edən azərbaycanlıların yeni video-görüntüsü yayılıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, görüntüdə "İraq Şam İslam Dövləti" silahlı qruplaşmasına daxil olan azərbaycanlı döyüşçülər Fərat çayı sahilində ələ keçirdikləri ərazini nümayiş etdirirlər.

Suriyada artıq böyük ərazilərin "İraq Şam İslam Dövləti"nin nəzarəti altına keçdiyini qeyd edən azərbaycanlı döyüşçülər tezliklə elan edəcəkləri xilafətin Su Elektrik Stansiyasının, evlər idarəsinin, çörək zavodunun, şəriət məhkəməsinin və polisinin yaradıldığını bildirirlər: "Bütün bu nemətləri bizə verən Allahdır və ona şükür edirik. Nəzarətimizdə olan torpaqlarda sərhədlərimizi müəyyənləşdirmişik və qısa zamanda öz xilafətimizi elan edəcəyik".

Görüntülərdə "İraq Şam İslam Dövləti" silahlı qruplaşmasının top-artilleriya taqımının komandirinin Topçubaşov familiyalı azərbaycanlı olduğu bildirilir və həmin şəxs xüsusi olaraq təqdim edilir.

Bundan başqa, video-görüntüdə təqdim olunan "Abuzər" adlı azərbaycanlının bundan əvvəl Çeçenistanda, Əfqanıstanda vuruşduğu, hazırda isə Suriyada döyüşlərə qatıldığı qeyd olunur.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb.

Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Tarix
2014.04.19 / 13:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla