Yuxarı

Komitə ilə QMİ-nin halallıq davası – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz dəfələrlə demişik ki, halallıq sertifikatını verməklə bağlı məsələlərdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə əməkdaşlıq etməyə hazırıq".

Bunu "Axar.az"a QMİ-də halallıq zəmanətinin verilməsi ilə bağlı yaradılan xüsusi işçi qrupunun fəaliyyətinə münasibət bildirən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib:

"Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi beynəlxalq qaydalara əsasən standarta uyğunluq sertifikatı verir. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qaydaları da buna icazə verir. Təbii ki, standarta uyğunluq sertifikatını laboratoriyada aparılan yoxlamaların nəticəsinə əsasən veririk. Biz dəfələrlə demişik ki, halallıq sertifikatını verməklə bağlı məsələlərdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə əməkdaşlıq etməyə hazırıq. Bu prosesdə QMİ-nin işi ancaq heyvan kəsimi mərhələsi ilə məhdudlaşır. Qalan məsələlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin öhdəliyinə düşür. Mən bilmirəm onlar hansı qurumu yaradırlar və məhsulun standarta uyğun olub-olmadığını necə yoxlayacaqlar; onların laboratoriyası var, ya yox?!"

QMİ sədrinin müavini Fuad Nurullah isə məsələyə münasibət bildirmək istəmədiyini dedi: "Bu işlərə mətbuat xidmətinin rəhbəri Rəhimə xanım baxır. Onunla danışın, mən bu barədə heç nə deyə bilmərəm".

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova ilə əlaqə yaratmaq cəhdlərimiz təəssüf ki, baş tutmadı.

Xatırladaq ki, aprelin 17-də QMİ-nin iclası keçirilib və iclasda son zamanlar əsas müzakirə obyekti olan halallıq zəmanətinin verilməsi məsələləri müzakirə edilib. Qurum bildirir ki, halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan, bununla bağlı dini mərkəzin rəyi vacibdir və Azərbaycan dindarlarının çoxsaylı müraciətlərində yer alan narahatlığın aradan qaldırılması QMİ-nin Nizamnaməsi ilə təsbit edilmiş vəzifəsidir. QMİ indiyədək yalnız "SAB" şirkətinin məhsullarına halallıqla bağlı zəmanətin verildiyini deyir. Qurum halallıq zəmanətinin verilməsi ilə əlaqədar QMİ nəzdində din xadimlərindən ibarət xüsusi işçi qrupu yaradıb.

Amma QMİ-dən fərqli olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 4 quruma halallıq sertifikatının verdiyini deyir.

Tarix
2014.04.19 / 12:26
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla