Yuxarı

Benzinin qiyməti qalxdı, bəs subsidiyalar? – Rəy

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Adətən onlar gətirilən gübrələri ticarət mərkəzlərinə yığır və 240-280 manat arasında satırlar".

Bunu "Axar.az"a Kənd Təsərrüfatı Nazirliyinin bu sahəyə ayırdığı subsidiyaların verilməsi ilə bağlı prosesləri şərh edən kənd təsərrüfatı məsələləri üzrə ekspert Elçin Əzizov bildirdi:

"Hazırda taxılçılığa görə hər hektara 80 manat, digər sahələrə isə 40 manat yanacaq pulu verilir. Yanacağın qiymətinin qalxmasına görə gərək subsidiyaların qiymətində də dəyişikliklər edilərdi. Bu sahə ilə bağlı digər nöqsan aqrolizinq xidmətləri ilə bağlıdır. Sonuncu belə problem Masallıda olmuşdu. Belə ki, dövlət kənd təsərrüfatı ilə məşğul olanlara güzəştli gübrələr də satır. Həmin gübrənin 1 tonu ölkəyə 384 manata başa gəlir. Dövlət kəndliyə güzəşt edərək onun 192 manatını ödəyir. Subsidiyaların verilməsi üçün hökumətə hər rayon üzrə statistik rəqəmlər gedir. Bunun müqabilində büdcədən pul ayrılır. Amma hazırda rayonlarda maxinasiyalar baş alıb gedir. Rayonlara gələn gübrənin heç 10 faizi kəndliyə çatmır. Adətən onlar gətirilən gübrələri ticarət mərkəzlərinə yığır və 240-280 manat arasında satırlar. Dövlətin ödədiyi 192 manat da batır. Digər variant isə həmin gübrəni xaricdən gətirən şirkətlə bağlı ola bilər. Ola bilər ki, həmin şirkət sənədlərdə göstərdiyindən daha az gübrə gətirir".

Ekspert hesab edir ki, müəyyən səlahiyyətlər aqrolizinqlərin əlindən alınıb bələdiyyələrə verilməlidir:

"Burda çox maraqlı situasiya var. Kəndliyə subsidiyanı aqrolizinqlər verir, amma fermerlər vergini və hesabatı bələdiyyələrə verir. Aqrolizinqlər kəndlərdən uzaq qurumlardır. Mən təklif etmişəm ki, elə subsidiyaları da bələdiyyələr bölüşdürsün, yaxud da yerlərdə bələdiyyələrin iştirakı ilə hansısa yardımları etsinlər. Bir də ki, əgər dövlət bu 19 manatı nağd şəkildə fermerə versə, daha yaxşı olar. Gübrə alveri ayrı-ayrı şəxslərin marağına xidmət edir".

Əsas vəsait hansı torpaqlara yönəldilir?

Salyan rayonundan olan keçmiş bələdiyyə sədri Vüqar Manafov isə hesab edir ki, rayona ayrılan subsidiyaların əksəriyyəti İcra Hakimiyyəti başçısının adına olan torpaq sahələrinə yönəldilir: "Rayonlarda camaat artıq taxılı biçməyə hazırlaşır, amma bunlar hələ əkin üçün subsidiyaları verməyiblər. Adını qoyublar ki, guya yoxlamalar aparırlar. Amma hamıya məlumdur ki, əsas vəsait başçının adına qeydiyyata düşmüş torpaqlara yönəldilir".

Keçmiş bələdiyyə sədrinin fikrincə, icra strukturları bütün əməliyyatların qapalı şəraitdə aparılmasının tərəfdarıdır. O, səbəb kimi gizli maxinasiyaları göstərir:

"Mən bələdiyyə sədri olanda icazə vermirdim ki, sənədləşməni icra nümayəndəlikləri etsin. Əvvəla ona görə ki, onlar hər sənədləşməyə görə 10 manat məbləğində pul istəyirdilər. Digər məqsədim isə insanların işini-gücünü atıb icra nümayəndəliyinə getməsinin qarşısını almaq idi. Çünki bu həm vaxt, həm də pul itkisidir. Əslində bələdiyyə komissiyanın bir üzvüdür və bu işdə əsas iştirakçıdır. Torpaq vergisini bələdiyyə yığdığı üçün sənədləşməni də o etməlidir".

Xatırladaq ki, bir neçə gün öncə Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektarına 40 manat məbləğində yardım ayrılması ilə bağlı qərar qəbul edib. Qurum həmçinin gübrələrin verilməsində də 50 faiz güzəşt tətbiq edilməsini qərarlaşdırıb.

Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyası 58 rayon (şəhər) komissiyası üzrə 149849 istehsalçıya çatacaq 20153483,20 məbləğində yardım ayrılması barədə qərar qəbul edib. Eyni zamanda komissiya 14697 nəfər istehsalçıya 92077,56 hektara görə 50 faiz güzəştlə satılmış 14760826 ton mineral gübrə üçün 4 milyon 12 min manata qədər dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədi ilə müvafiq sənədləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edib.

Tarix
2014.04.19 / 09:22
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla