Yuxarı

Xaçmazda yaşayış binası uça bilər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz şəhəri N.Nərimanov küçəsi, 78 ünvanındakı 5 mərtəbəli yaşayış binası uça bilər.

Zirzəminin çirkab suları ilə dolu olduğunu deyən bina sakinləri dam örtüyünün bərbad vəziyyətdə olduğunu bildirib və rəsmilərin laqeydliyindən şikayət edirlər.

Məlum olub ki, bu binada 4 il əvvəl də eyni mövzu ilə bağlı çəkiliş aparlıb. O vaxtdan sakinlərin şikayəti yerində sayır, rəsmi qurumlar daşı-daş üstünə qoymayıblar.

Sözügedən binanın sakini Səlimə Musayeva deyir ki, şikayətə baxan olmayıb: "Gələn olmadı, icraya qədər şikayət eləmişəm, baxan yoxdu. Bura birnci köçən adam da mən olmuşam. O, vaxtda bu yana, nə bu pilləkənləri süpürən oldu, nə də binanın damına baxan oldu, hazırda binana zirzəmisi ağzına kimi sudu".

Digər sakin Maysənəm Məmmədova qeyd etdi ki, qəzalı vəziyyətdə olan binanın birinci mərtəbəsində yaşayır, amma rütubət və kanalizasiya iyindən qonaq qarşılamağı bacarmır: "Evimdə qonağın yanında üzüqara oluram, evdə balaca-xırda uşaqlar var, oğul nəvələrimdi. hamısı bu saat yatırlar, uşaqların ayaqları yel tutub, mən bilmirəm neyləyim".

Sakinlər 4 il əvvəl ANS-ə vəd verən Xaçmaz Su İdrəsinin rəsmiləri problemi həlli istiqamətində heç bir iş görmədiyindən də gileyləndilər.

Növbəti sakin Qəribşah Ələkbərov sözlərinə görə, vəziyyət acınacaqlıdı, gördüyünüz kimi su binanın zirzəmisinə dolur. Hələ burda bir azdan qış vaxtı su qapının ağzına kimi gəlib çıxır. Bir də ki, binanın dam örtüyü sınıq-sınıqdı.

Orda olduğumuz zamanı zirzəmidən gələn pis iy səbəbindən ərazidə dayanmaq çox çətin idi. Xatırladaq ki, 1988-ci ildə istifadəyə verilmiş bina, elə bil müharibədən çıxmışdı, dam örtüyü də qəzalı vəziyyətdə idi. Orda olduğumuzu eşidən kimi, Xaçmaz Sukanal İdrəsinin baş mühəndisi Bəybala Musayev özünü yetirdi. Mühəndisin yenidən vədlər verməsi isə sakinləri özündən çıxardı.

Görəsən sakinlər yenə daha 4 il gözləməyəcək ki? /ANS/

Tarix
2014.04.19 / 08:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla