Yuxarı

Ukrayna milyarderinin separatçılarla görüşü ortaya çıxdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna mətbuatında Rinat Axmetov və Nikolay Levçenkonun Donetsk separatçıları ilə danışıqlarının videosu yayılıb.

Videoda şəxslər görünmür, yalnız səsləri eşidilir. Axmetov aktivistlərdən hökumətlə danışıqlarda fəallığa çağırıb və öz tələblərini irəli sürməyi təklif edib. Amma separatçılar hökumətin onları eşitmək istəmədiyini tez-tez tekrarlayır. Separatçılar baş nazirin birinci müavini Vitali Yaremanın onları "mal" adlandırdığını, separatçıların "heç bir ideologiyası" olmadığını bildirir.

Danışıqlarda maqnatlar müzakirələr zamanı bunları deyir: "Biz belə həll edə bilmərik. Biz bu haqda a,b, c ... punktları ilə danışmalıyıq".

Separatçıların biri "indi əsas məsələ Donetsk regionunun tam suverenliyi və Rusiyaya qoşulması məsələsidir. İnsanlar indi bunun arxasında durur" deyib.

Axmetov aktivistlərə çatdırmağa çalışır: "Ukraynadan ayrılmaq məqsəd deyil. Daha yaxşı bir həyat yaşamaq üçün bir vasitədir. Buna görə də siz öz tələblərini irəli sürün və separatçıların nümayəndəsi təyin edin".

Bundan əlavə Axmetov konstitusiyaya dəyişikliklərin edilməsi təklif edir. Rus dilinin danışıq dili olmasını eləcə də din azadlığını hökümətin qarşısına tələb qoymağı bildirir.

Qeyd edək ki, Ukraynanın Kütləvi İnformasiya Vasitələri "Donetsk və Luqansk şəhərlərində keçirilən separatçı aksiyalara Rusiyanın birbaşa dəstəyilə "Şaxtyor" futbol klubunun prezidenti, iş adamı Rinat Axmetov və Regionlar Partiyasından olan deputat Aleksandr Yefremov dəstək verib" adlı material dərc ediblər /ANS/

Tarix
2014.04.18 / 20:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla