Yuxarı

Siyasi rejimlərin kardioloqu

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Londonda Markesin ədəbiyyat agenti ilə görüşmüşdüm. Xəstəxanadan evə götürülmüşdü. Sağalmayacağı bəlli idi.

İlk dəfə ondan "Polkovnikə məktub yoxdur" əsərini oxumuşdum. Sonra Əkrəm Əylislinin tərcüməsində "Gözlənilən bir qətlin tarixcəsi"ni.

Ona marağım Natiq Səfərovdan qaynaqlanırdı. Natiq onu davamlı izləyir və bir müddətə qədər təbliğatını aparırdı. Mən də Natiqi təkrar edirdim.

Xeyli müsahibələrini, çıxışlarını, hekayələrini oxumuşam. Ümumiyyətlə, o, Nobel alandan sonra bizim ədəbiyyat çevrəsində Markes birmənalı sevilən yazıçı idi. Çayxanada, yasxanada Markesdən bir cümlə de, səni keçirsinlər masanın başına.

Natiq Səfərov bir müddət onun hekayələrini, kiçik həcmli yazılarını, müsahibələrini, çıxışlarını toplayırdı. Bir az "Patriarxın payızı" üzərində də əlləşdi. Sonra Afaq xanım tərcümə etdi. Amma "Yüz ilin tənhalığı" bizim tərcüməçilərin gözünü hələ o vaxtdan yaman qorxutmuşdu.

"Yüz ilin tənhalığı" əsərinin birinci cümləsini az qalan bütün tərcüməçilər şeir kimi əzbər bilirdi. Bir yazarın kefini posmaq istəyəndə, dərhal o cümləni deyirdilər və davam edirdilər ki, deyin görüm hansı yazıçı bu cümləni yaza bilər, yaxud kim bunu tərcümə edə bilər.

Bunlar hamısı keçmişdə qalıb. Bir dəfə Günel Mövluda dedim ki, Markesdən tərcümə edərsən? "Əlbəttə", - dedi. Nəşriyyata gəldi və "Yüz ilin tənhalığı"nın tərcüməsini ona tapşırdım. Günel xeyli tərcüməçinin və yazıçının yaxın dura bilmədiyi əsəri bir neçə aya bitirdi. Eyni zamanda, Nadir Qocabəyli də bu əsəri tərcümə edib. Bizdə eyni əsərin iki təcüməsi var.

İndi demək olar ki, Markesin bütün əsərləri dilimizə tərcümə olunub. "Eşq və Başqa cinlər", "Hüzünlü fahişələrim", "Vəba günlərində eşq", "Qaçırılma", "Sənin qar üzündəki izinlə" kitabları Əziz Rzabəyli, Nəriman Əbdülrəhmanlı və Mahir Qarayevin tərcüməsindədir.

Sovet dönəmində dilimizdə yalnız iki kiçikhəcmli novellası çıxmasına baxmayaraq, Markes mistik aurasını, xofunu ədəbi məkanımızda yarada bilmişdi. Markesə görə yazı yazmayan, yazılarından imtina edən, onun kimi yazan xeyli ədəbiyyat adamları yarandı.

Bəlkə də Markesin Azərbaycan ədəbiyyatına daha böyük təsiri var idi, nəinki ispan. Bu bizim ədəbiyyatçıların danışıqları, yazılarında aydın görünür.

Onun bütün əsərlərində insan və hakimiyyət problemləri təhlil olunur. Diktator obrazlarını mükəmməl yaradır. Rejimlərin xüsusiyyətlərini kardeoqramm kimi çıxara bilir. "Patriarxın payızı"nda öz rəqibini yeyən diktator, "Yüz ilin tənhalığı"nda isə ailə-klanların hakimiyyət uğrunda bitməyən müharibələri, "Polkovnikə məktub yoxdur"da isə təqaüdünün artırlıması haqqında məktub gözləyən qoca polkovnik, yazılarına görə qaçırılan juranalıtslər, bunlar hamısı Markesin mövzularıdır.

O, qəddar siyası rejimlərin anatomiyasını əzbər bilir, elə mükəmməl yazır ki, hər kəs yazılanların içində olduğunu zənn edir.

Pablo Neruda Markesin əsərlərinin dilini Don Kixotdan sonra ən mükəmməl ispan dili hesab edib.

Markes dünən – 17 apreı 2014-cü ildə 87 yaşında dünyadan getdi. Onun ədəbi irsi bizimlə qaldı. Belə insanların hər bir yaşda ölümləri ağrılıdır, dünya üçün itkidir.

Tarix
2014.04.18 / 15:49
Müəllif
Şahbaz Xuduoğlu
Şərhlər
Digər xəbərlər

Bakının mərkəzində 100 illik mədəniyyət talan edilir

Məşhur futbolçunun cəsədi tapıldı

Selincer qul kimi sevdi, Çaplinə arvad oldu... - Foto

Kim haqlıdır?

Gözümü açanda gec idi... – II hissə

Gözümü açanda maşın yoldan çıxmışdı...

Tomaşın faciəsi - Günün kədərli məktubu

Günlərlə gülümsəməyənlərin dili

Bir kitabın sirri - ikinci məktub

Sevdiyim 10 kitab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla