Yuxarı

İham Mirzəyevin həbs etdirdiyi şəxs azadlığa buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda məhbəsdə olan teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyev azadlığa buraxılıb.

"Axar.az" xəbər verir ki, A.Əliyev İ.Mİrzəyevin şikayəti əsasında Yasamal rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilib. O, İ.Mirzəyevin qohumu ilə ailə həyatı qurub.

İ.Mirzəyev iddia edib ki, A.Əliyev "Space" telekanalının binası qarşısında onu döyüb, ölümlə hədələyib. Lakin Asif Əliyev məhkəmədə bəyan edib ki, Ilham Mirzəyev yalan danışır, ona böhtan atır. Hadisənin baş verdiyi iddia olunan vaxtda o, evində olub. Asif Əliyevin bu haqda dediklərini təsdiqləyən sübutlar da ortaya qoyulub. Məsələn, mobil operatorlardan alınan arayışlar göstərir ki, iş materiallarında hadisənin baş verdiyi göstərilən vaxt heç Ilham Mirzəyevin özü də "Space" telekanalının yaxınlığında olmayıb.

Həmin vaxt onun telefonu "8-ci kilometr" qəsəbəsi yaxınlığındakı mobil stansiyaların əhatə dairəsində olub. Asif Əliyevin telefonu isə özünün də dediyi kimi, evinin yerləşdiyi ərazidəki stansiyaların əhatə dairəsində qeydə alınıb. Ortaya qoyulan sübutlara baxmayaraq, prokuror Asif Əliyev üçün 5 il həbs cəzası istəmişdi.

Aprelin 12-də Nərimanov Rayon Məhkəməsi İlham Mirzəyevi dələduzluqda ittiham edərək barəsində həbs qətiimkan tədbiri seçib. Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Tarix
2014.04.18 / 14:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla