Yuxarı

Gəldim deyəm ki, sizin yerinizə kaş qara daş doğaydım

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adətən biz tanınmış, cəmiyyətdə müəyyən yerə gəlmiş insanlarla danışmağı, onların arzularını və həyatdan gözlədiklərini öyrənməyi sevirik. Sadə insanların düşündükləri və istədikləri isə təəssüf ki, insanları az maraqlandırır.

Biz isə sadə, həyatda ümidini itirmiş insanlarla danışmağı, onların hiss və duyğuları ilə maraqlandıq...

Beləliklə, bu gündən "Axar.az" "Qəlbiqırıq" adlı layihəyə başlayır.

Dua edirəm ki, sabah heç gözümü açmayım

- Solmaz xala, necəsən?

- Necəliyim gün-güzəranımdan görünür. 6 övlad anası olasan, kimsəsiz, ona-buna möhtac qalasan... Gözün qapıda qala, necə olacağam? Hərdən Allahdan da narazı oluram ki, niyə məni öldürmür, belə yaşamaqdan bezmişəm. Hər gün axşam başımı yastığa qoyanda dua edirəm ki, sabah heç gözümü açmayım.

- Niyə bu qədər narazısan axı, hamı qocalır, xəstələnir...

- Yox ay bala, mənim dərdim nə qocalıqdır, nə də xəstəlik. Allaha qurban olum, verdiyi ömrü mənə elə zindan elədilər ki, bir gün görmədim. 6 uşaq böyütmüşəm. Zülmlə, kasıbçılıqla. Yoldaşım bir ayağı şikəst idi, kolxozda gecə qarovulçusu işləyirdi, qazancı da bir şey deyildi. 19 yaşımdan gəlin gəlmişəm. 20-25 baş qoyunum, 3 inəyim, xeyli də toyuq- cücəm olub. Pendir, yağ, qatıq, yumurta satmaqla uşaqlarıma korluq verməmişəm, hamısını böyütmüşəm. O boyda təsərrüfatın ağırlığı mənim üstümdə olub. Böyük oğlum Vaqif məktəbi qurtaran il kişi böyrəklərindən rəhmətə getdi. Qaldım lap tək, nə gördüm ki, mən... Dedim, balalarımdır, eybi yox, bir azdan böyüyərlər, ya da birinin yanında qalaram, heç olmasa qocalığım rahat keçər...

(Gözləri dolur. Sakitləşməsini gözləyib söhbətə davam edirəm.)

Dərdim böyükdür

- Bəs nə oldu, bu əzab-əziyyətlə böyütdüyün uşaqların hardadır indi?

- Mənim dərdim böyükdü. Sən indi bunu hardasa yazasan yəqin, aparatı qoyub səsimi yazırsan, ancaq nə xeyri? Övladın ki, səndən üz döndərdi, bu o deməkdi, dövlət də səni saymayacaq. Məni kimdi adam yerinə qoyan? Heç kim övladdan gözlədiyinin əvəzini verə bilməz. Oğlanlarımın üçünü oxutdum,bir qızımı yaxşı yerə ərə verdim, iki oğlum da sənət sahibidir, evləri-eşikləri, yaxşı dolanışıqları var.

- Bəs niyə sənə sahib çıxmırlar?

- Allah heç kimin qabağına nankor çıxartmasın. Kiçik oğlum mənimlə qalmışdı. Toyunu edib, gəlin gətirdim. Ancaq gəlin gələn kimi günümü göy əskiyə düyünləməyə başladı. Evimin işini görürdüm, heç gəlinə də elə bir iş qalmırdı. Ancaq elə bil başına daş salmışdım, oğlumu da üstümə qaldırdı. Elə oldu ki, gəlin məni uşağa yaxın qoymadı, evin içində nəvəmə həsrət qaldım. Oğul da ki, ana qaldı bir tərəfdə, oldu o ilanın əlində əsir... Sonra Zəngilan alındı, qaçqınlıq düşdü. Gəlib Mərdəkandakı köhnə pioner düşərgəsinin binasında məskunlaşdıq. Yanımdakı oğlum da, gəlinimlə məni azarlayırdı ki, oğlanlarının heç biri bizə yanıma gəl demir, heç olmasa səni saxlasınlar, təkcə oğlun mən deyiləm ki... Ay bala, gördüm ki, bunlar elə belə deyə-deyə məni bezdirib qaçırmaq istəyirlər. Evdən çıxıb Əhmədlidəki qızımın yanına getdim. O da bir-iki gün məni saxlayandan sonra dedi ki, yoldaşı narazılıq edir. Gördüm ki, əri Zülfüqar evdə uşaqların başına çığırır, nəvələrimə deyir ki, mənə üz verməsinlər. Nəsə bala, dərdim böyükdür. Sağollaşıb getdim oğlum Muradın yanına... Qapıda elə qarşıladı ki, gəldiyimə peşman oldum. İlk sözü də bu oldu ki, bəs niyə Vüqarın yanından gedibsən, hər söz-söhbətə niyə fikir verib evdən çıxmısan. Gəlin də ki dilucu salam verib keçdi, heç elə bil evdə adam yoxdu. Gördüm ki, burda da qala bilməyəcəm. Dedim, iki günə çıxacam başqa yerə. Oğul olan bəndə demədi ki, hara çıxacaqsan, harda qalacaqsan?

Gəldim deyəm: sizi doğunca kaş qara daş doğaydım

- Doğurdan da, bu vəziyyətdə hara gedəcəkdin ki?

- Bala, heç özüm də bilmirdim. Diş həkimi olan oğlum Nadirin yanın getməyi fikirləşdim. Dedim əvvəl soraqlaşım, iş yerinə gedim, üzümə yaxşı baxmasalar, heç qapısına getmərəm. Görürdüm ki, övladlarım nankor çıxırlar. Muraddan soruşub evdən çıxdım, mənə pul vermək istədi, götürmədim, heç üzünə də baxmadım. Soruşub Nadirin yerini tapdım. Kaş heç tapmaz olaydım. İçəri girəndə yanında xəstə vardı. Məni görüb heç yanıma da gəlmədi, "gözlə xəstəm var" deyib işində oldu. Yarım saatdan sonra gəlib oranı necə tapdığımı soruşdu. Nə deyərdim?! Dedim ki, gəldim deyəm: siz doğunca kaş qara daş doğaydım.

- Bu sözdən sonra oğlunuz nə dedi?

- Dedi ki, ay arvad, bəsdir də... Hamını bir qırağa qoyub gəldin nifrətini mənim üstümə tökəsən. Heç arxama baxmadan otağından çıxdım. Daha heç bir uşağın qapısını açmayacağıma söz verdim. Belə nankor övladın qapısına gedib göz yaşı içində geri dönməkdənsə küçədə ölərdim. Eşitmişdim ki, qonşum Suğra arvad Mehdiabadda yaşayır. Axtarıb axşama yaxın onu tapdım. Allah köməyi olsun, əri Süleyman da, özü də əziz qonağı kimi məni qarşıladı. Qabağıma yemək-içmək gətirdilər. Çarəm yoxdu, başıma gələnləri danışdım. Süleymanın kənd soveti ilə arası yaxşı idi. Özü "bizdə qal" dedi, sonra bir yer taparıq. Nəsə bu da alınmadı, nə ev verən oldu, nə də ki, qalmağa bir yer. Süleyman Rusiyada olan qohumunun evindəki bu balaca "əl damında" qalmağıma danışıb razılıq aldı. Allah köməyi olsun, oğlanları ilə birgə bura əl gəzdirb düzəltdilər. Pensiya üçün sənədlərimi də qaydasına qoydu. İndi bir əlləri də üstümdədir, qonşu-baca da əl tutur, biri yumurta verir, bir əlinə düşəni...

Hər gün həsrətlə oyanıram yuxudan

- Bəs indi ən çox istədiyin nədir?

- Cavanlıqda eşidirdim ki, ən şirin şey nəvədir. Mən də deyirdim ki, boş şeydir, heç kim uşaqlarımdan qabağa keçə bilməz. İndi nəvələrimi istəyirəm, burnumun ucu göynəyir. Deyirəm, heç olmasa bir dəfə dizimin üstünə alıb oynadam, sonra cəhənnəmə ki, ölüm... Ancaq daha heç birinin qapısını açmaram. İstəsəydilər, biri heç olmasa maraqlanardı ki, anam hardadır, başına nə iş gəlib? Dərman almağa pulu var, ya yox. Yuxuda uşaqlarımı nəvəm kimi görürəm. (Özünü saxlaya bilməyib ağlayır). Bir-iki dəfə nəvələrimi əlimdən aldıqlarına görə hətta ağlayıb yuxudan oyanmışam da... Yəqin nəvələrim də məni görsə, uşaqlarım kimi heç üzümə baxmazlar. Bala, yanıram, hər gün həsrətlə oyanıram yuxudan, bəlkə Allahın mənə yazığı gəldi, birinin ürəyinə insaf saldı ki, gedim anama baş çəkim?! Mən getmərəm, ancaq hansı gəlsə boynuna sarılaram. Nə edim, ana ürəyi...

Tarix
2014.04.18 / 08:00
Müəllif
Selcan
Şərhlər
Digər xəbərlər

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla