Yuxarı

Aleksandr Dümanın kurtizan qadını

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onun bütün həyatı pərəstiş etdiyi, eyni zamanda da həsəd apardığı məşhur atasının kölgəsində keçmişdi. Bir dəfə əsəbləri gərildiyi vaxt oğul Aleksandr Düma deyib ki, onun özünün heç nəyi yoxdur – hətta münasibətdə olduğu qadınlar belə onu atasının sönük kölgəsi hesab edirlər. Bununla belə, cəsarətlə demək olar ki, məşhur fransız yazıçısı bir qədər ifrata varmışdı, çünki oğul Dümanın həyatında onu bütün qəlbi ilə sevən yeganə bir qadın olub.

Oğul-Düma və Mari Düplessi 1844-cü ildə tanış olmuşdular. Hər ikisinin iyirmi yaşı var idi, ancaq həyat təcrübələri və xarakter baxımından tamam əks qütblərdə dayanmışdılar. Aleksandr – heç kimin tanımadığı, özünə inamsız, məşhur atasının – "Üç müşketyor" müəllifinin hətta övladı dünyaya gəldikdən sonra da nikahlanmadığı yoxsul dərzidən olan utancaq oğlu idi. Mari isə davranışda və həyat tərzində yüksək cəmiyyəti təqlid edən yüngül əxlaqlı qadınlar mühitinin cinslər arasındakı münasibətlərdə səriştəsi olan xanımı – Parisin bütün kişilərinin həsəd apardığı, həsrətini çəkdiyi qadın idi.

Mavi gözlü, zərif, qarabuğdayı, qüsursuz ədaları olan Mariyə baxanda onun normandiyalı kəndli qızı olduğunu təsəvvür etmək çətin idi. Lap gənc ikən atası onu varlı bir qocaya satmış, cəmi bir neçə aydan sonra isə qız qocanı tamamilə usandırmışdı. Qoca Marini qovduqdan sonra o, pul qazanmaq üçün xidmətçi, aşpaz və paltaryuyan işləməli olur. Gecələr isə bu gözəl və gənc qız kişiləri qəbul edir. Bir dəfə ofisiant işlədiyi kafedə o, dövlətli bir cənabın diqqətini çəkir və artıq ertəsi günü Parisdə məxsusi onun üçün tutulmuş mənzilə köçür, bu andan etibarən isə Paris dendilərinin (həmişə ən son modalı paltar geyən adam – tərc.) həyat tərzinə aludə olur.

Gənc əyalət qızı tezliklə Fransa paytaxtının ən məşhur kurtizankalarından (yüksək zümrələrə mənsub yüngül əxlaqlı, macəraçı qadın – tərc.) birinə çevrilir.

Mari Aleksandr Düma ilə kafedə tanış olur. Gənclər görüşməyə başlayır və onların gəzintisi bir qayda olaraq Marinin dəbdəbəli evində başa çatırdı. Aleksandr yeni tanışına gerçəkdən vurulmuşdu, o da Aleksandra ürək qızdırmış, həyatının bütün tarixçəsini ona nağıl etmişdi.

Bu idilliya bir il davam etdi və qəfildən bitdi. Bir dəfə Mari sadəcə Aleksandrdan xahiş etdi ki, onu br daha narahat etməsin. Düma ayrılığı min bir əzab-əziyyətlə yaşadı, Marinin özü isə sürətlə ağırlaşan vərəmə tutuldu. Keçmiş sevgililəri ondan üz döndərdilər. Tamamilə tənha qalan Mari dərmanların və həkimin pulunu ödəmək üçün öz zinət əşyalarını və digər əmlakını satmağa məcbur oldu.

1847-ci ildə Mari vərəmdən vəfat edir. Sevgilisinin ölüm xəbərini eşidən Düma isə "Kameliyalı qadın" romanında onun obrazını yaradaraq Marinin xatirəsini əbədiləşdirmək qərarına gəlir. Roman 1848-ci ildə işıq üzü görür və dərhal da müəllifinə şöhrət gətirir. Oğul Dümanın qəhrəmanı Marqarita Göte iki damla su kimi gerçək Mari Düplessiyə bənzəyir. Bu bənzərliyi mərhum kurtizankanın tanışları da sezmişdilər.

Ədalət naminə qeyd etmək lazımdır ki, Dümanın qəhrəmanının tarixçəsi gerçək Mari Düplessinin həyatından daha romantik alınıb. Romanda Marqarita onu sevən Armanla münasibətlərini oğlanın atasının xahişi ilə kəsir ki, bu məhəbbət sevgilisinin gənc bacısının adına xələl gətirməsin. Həyatda isə, şayiələrə görə, Aleksandrın xoşbəxt rəqibi kübar cəmiyyətindən hansısa bir cənab olmuşdu.

Hər necə olsa da, madmazel Düplessi öz fünksiyasını yerinə yetirdi – fransız ədəbiyyatına onun ən məşhur romanlarından birini bəxş etdi.

Tarix
2014.04.17 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla