Yuxarı

Azərbaycanda növbəti həkim terroru

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 11-də İmişli Şəhər Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

"Axar.az" "Avropa.info"ya istinadən xəbər verir ki, İmişli rayon Cəbrayıl qəsəbəsi sakini Ramilə İbrahimova axşam saatlarında doğuş zamanı həkimin səhvi səbəbindən dünyasını dəyişib. Onunla birlikdə dünyaya gətirdiyi körpə də ölüb.
Qəribə burasındadır ki, qadının ölümünə səbəb olduğu bildirilən həkim - ginekoloq Əzizə Məmmədovanın heç həkimlik diplomu yox imiş. Belə ki, Azizə Məmmədovanın bir il öncə, dəfələrlə doğuş zamanı səhv etməsi səbəbindən məhkəmə qərarı ilə diplomu əlindən alınaraq, həkimlik fəaliyyətinə son qoyulub. Lakin həyat yoldaşı Kamil Kərimovun rayonda tanınmış biznesmen olması, qaynı, polis polkovnk-leytenantı Famil Kərimovun isə Abşeron rayon Polis İdarəsinin rəis müavini işləməsi, keçmiş həkim- ginekoloqun fəaliyyətini qeyri-qanuni olaraq davam etdirməsi ilə nəticələnib.
Baş vermiş ölüm hadisəsindən sonra, dünyasını dəyişmiş Ramilə İbrahimovanın qohumları xəstəxanaya hücum çəkiblər. Lakin diplomu ləğv olunmağına baxmayaraq, həkimlik fəaliyyəti göstərən Əzizə Məmmədova xəstəxanadan qaçıb.
Tarix
2014.04.14 / 09:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla